1650
Aktual 5 avqust — 12:01

Yasamalda evdən 1 milyon manatlıq qızıl-zinət əşyaları apardılar

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

Virtualaz.org Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satdığı müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbərlər