2662
Aktual 29 iyul — 20:25

Lukaşenko rusiyalı muzdlulara görə Moskvadan izahat tələb etdi

20.35

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan “Vaqner” özəl hərbi şirkətinin bir qrup muzdlusunun Minsk ətrafında yaxalanması ilə bağlı izahat tələb edib. O, situasiyanı “fövqəladə hadisə” adlandırıb. Lukaşenko KQB sədri Valeri Vakulçikdən tələb edib ki, dərhal Rusiyanın müvafiq orqanlarına müraciət edib nə baş verdiyini aydınlaşdırsın.

“Əgər günahkardırlarsa o zaman bu situasiyadan ləyaqətlə çıxmaq lazımdır. Günahkar deyillərsə yaxşı, o zaman bizim dost ölkəni biabır etmək kimi bir hədəfimiz yoxdur”,-Belarus prezidenti bildirib.

Lukaşenko əlavə edib ki, artıq rusiyalıların “öz çirkin niyyətlərini hansısa formada əsaslandırmağa” yönəlmiş şərhlərini görüb. Habelə o, Rusiya tərəfini situasiyanı təhrif etməyə görə qınayıb və bildirib ki, muzdluları guya Belarusun özünün cəlb etdiyi haqda rəy yaratmağa çalışırlar.

Bu arada sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Minskə hərbi texnika və əsgərlər cəlb edilir. Bildirilir ki, Vitebsk vilayətində dislokasiya olunmuş daxili qoşun hissəsinin əsgərləri paytaxta cəmləşdirilir.

Belarusda avqustun 9-da prezident seçkiləri olacaq və Lukaşenko Rusiyaya eyhamla xarici qüvvənin onu hakimiyyətdən uzaqlaşdırmaq planları haqda danışır.

 

***

Bu gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları Vaqner xarici özəl hərbi şirkətinin 32 muzdlu döyüşçüsünü tutub. Bundan əlavə, ölkənin cənubunda bir şəxs də tapılıb və saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə Belarusun rəsmi “Belta” agentliyi məlumat yayıb.

Ölkənin hüquq-mühafizə orqanlarından agentliyə bildirilib ki, seçki kampaniyası zamanı vəziyyəti pozmaq üçün Belarus ərazisinə 200-dən çox hərbçinin gəlişi barədə məlumat alıblar. Rusların hər birinin kiçik əl çantası və üç böyük çamadanı olub – bunların hər biri bir neçə kişi tərəfindən nəqliyyat vasitələrinə yüklənib.

"İyulun 24-dən 25-nə keçən gecə qrup paytaxta gəldikdən sonra Minskdəki otellərdən birinə yerləşiblər və iyulun 25-də çıxmalı idilər, lakin iyulun 27-də oteldən ayrılıb və Minsk bölgəsindəki sanatoriyalardan birinə köçüblər.

Sanatoriya rəhbərliyindən verilən məlumata görə, ziyarətçilər davranışları və rus turistlər üçün xarakterik olmayan və hərbi üslubda vahid geyimləri ilə diqqət çəkiblər. Spirtli içkilərdən istifadə etməyiblər, əyləncə müəssisələrini ziyarət etməyiblər, hər kəsdən kənarda durublar və diqqəti cəlb etməməyə çalışıblar. Onlar kiçik qruplarda sanatoriyanın ərazisini və ətrafını diqqətlə araşdırıblar. Bu gecə Minsk şəhər icra komitəsinin OMON dəstəyi ilə KQB-nin "A" qrupu qüvvələri tərəfindən 32 nəfər tutulub. Bundan əlavə, ölkənin cənubunda bir şəxs tapılıb və saxlanılıb. İstintaq Komitəsi saxlanılan şəxslərdən əlavə yoxlamaları davam etdirir.

“BelTA” Rusiya Federasiyasının tutulan vətəndaşlarının siyahısını əldə edib”, - agentliyin açıqlamasında qeyd olunub.

Virtualaz.org

***14:11

Belarusun hüquq-mühafizə orqanları bu gün iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 muzdlu döyüşçüsü yaxalanıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Belarusun rəsmi BELTA agentliyi bildirir.

Qeyd olunur ki, yaxalanma əməliyyatı gecə keçirilib, amma hansı özəl hərbi şirkətdən söhbət getdiyi açıqlanmır.

Bununla belə Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində Rusiyaya eyhamla bəzi xarici qüvvələrin onun ölkəsində inqilab həyata keçirməyi planlaşdırdığını deyib.  Lukaşenko “xarici kuklaoynadanlar” haqda dəfələrlə danışıb, prezidentliyə əsas iddiaçılardan ikisi həbs olunub. Eyni zamanda o, Belarusun ərazilərinin bir hissəsini itirə biləcəyi haqda danışıb.

Virtualaz.org

Xəbərlər