4208
Aktual 26 iyul — 11:10

Vətəni satan Məmmədov...

Müəllif: Eynulla Fətullayev

Bu günə qədər də bu fikri başa düşə, dərk edə, anlaya və barışa bilmirəm ki, Arif Məmmədov adında adam və “diplomat” uzun illər, daha doğrusu, onilliklər ərzində Azərbaycan XİN sistemində işləyib. Və nəinki işləyib, eyni zamanda karyera pillələri ilə uğurla irəliləyib. XİN-in sadəlövh axmaq başçısı Tofiq Qasımovun “Baksovet”in sıravi işçisinin XİN sistemində adi kuryer təyin edilməsi barədə sıradan əmrini başa düşmək olar. Amma hörmətli Tofiq Zülfüqarovu anlamaq və mühakimə etmək çətindir ki, onun vaxtında bu savadsız, pəltək və son hadisələrin göstərdiyi kimi, ağıldankəm Arif Məmmədov karyera pillələrində ilk addımlarını necə ata bilib.

Danışdıqlarına 5 dəqiqdən artıq qulaq asmaq mümkün olmayan, çünki bundan sonra sefalgiya, daha dəqiqi desək baş ağrısı başlayır, bu adamı 35 yaşında Belçikadakı səfirlikdə yüksək posta təyin ediblər. Doğrudanmı XİN sistemində yüksək diplomatik postlara təyin edilən adamlarla söhbət aparılmır? Axı Arif Məmmədova bir neçə dəqiqə qulaq asandan sonra başa düşmək olur ki, qarşında tipik oilqofren dayanıb. Amma ya anadangəlmə, ya sonradan qazandığı psixi pozğunluğa malik olan adamı 2000-ci ildə Azərbaycan XİN iyerarxiyasında yüksək posta təyin ediblər.

Ağ corablı nazir-uzaq Ağcabədidən olan mavra bənzəyən o vaxtkı “qəribə işlər” naziri,  diplomat Arif Məmmədovu Azərbaycanın Avropa İtttifaqındakı nümayəndəsi postuna təyin edir. Moskva Hərbi İnstitutunun, sadə desək ,məşhur Suvorovun siyasi akvariuma çevirdiyi QRU məktəbinin məzununu yeni yaranmış suveren dövlətin Avropa İttifaqında nümayəndəsi təyin edirlər. Elə bir təşkilatda ki, demokratik və liberal dəyərləri genişləndirmək, yaymaq missiyası daşıyır. İncə seçimdir, deməyə söz qalmır. Az sonra isə daha bir istedadsız və axmaq nazir, Elmar Məmmədyarov Arif Məmmədovda öz obrazını və oxşarını görərək (onların hər ikisi Azərbaycanın son partiya lideri Əbdürrəhman Vəzirova necə də oxşayırlar!!!) dünyanın ən susqun adamlarından birini diplomatik xidmətdə daha yüksək postlara təyin etməyə başlayır.

Bir neçə il sonra QRU məktəbinin məzunu Arif Məmmədov özünün şizofrenik (etiraf baxımından) videomüraciətlərindən birində açıq etiraf etdi ki, Azərbaycan hökumətinin bütün yazışmalarını Avropa Şurasının baş katibi Turbern Yaqlanda ötürüb. Mən araşdırmalarımdan birində təsadüfən aşkar etmişdim ki, Norveç hökumətinin keçmiş başçısı olan Yaqland gənclik vaxtlarında sovet KQB-si ilə əlaqələrdə ittiham olunub. Norveç KİV-ləri yazmışdılar ki, Yaqland Norveç Fəhlə partiyasının gənclər təşkilatındakı fəaliyyəti zamanı etibarlı “informasiya mənbəyi” kimi “Yuri” ləqəbi ilə KQB-yə işləyib. Olduqca xarakterikdir ki, A.Məmmədov Hammerberg və ya Qrossla deyil, məhz Yaqlandla əməkdaşlığını açıq etiraf edir. Yəqin ki, Məmmədovun Yaqlandla konspirativ işi banal təsadüfdür. Azərbaycan diplomatı özünün dolub-daşan qəlbini qarşısına Avropa Şurasının baş katibi olaraq çıxan ilk şəxsə açmağa hazır idi. Lakin siz öz hökumətinin və dövlətinin maraqlarını satdığını açıq etiraf edən bu xainin və andını pozan cinayətkarın satqın mahiyyətinə, alçaqlığına, məkrinə baxın. Zibil! Tutaq ki, Arif Məmmədovun şüurunda dəyərlərin yenidən qiymətləndirilməsi baş verir və o, təbliğ etdiyi sinizmlə daha barışa bilmir. Diplomatın qəlbində qiyam baş verir! Əsl adam belə halda nə etməlidir? Kişicikdən yox, öz xalqının hüquqları uğrunda əsl mübarizdən söhbət gedir? Əlbəttə ki, səs-küylü istefasını və siyasətini bəyənmədiyi hökumətlə razı olmadığını açıq elan etmək. Bəs gecikmiş etiraflarından məlum olduğu kimi, Arif Məmmədov necə hərəkət edir? O, xırda agentə, gicbəsər xəbərçiyə, efemer gizli polisin miskin ortağına çevrilir...

Üstəlik özünün siam əkizi Məmmədyarovun əli ilə Arif Məmmədovun vəzifəsi daha da yüksəlir. Məmmədov həm Belçikada səfirdir, həm Lüksemburqda, həm də Hollaniyada.

“Yuri” isə Məmmədovu Avropa Şurasının informasiya siyasətinin koordinatoru vəzifəsinə yüksəldir. O, Avropa strukturlarındakı bütün mümkün komitələrin, komissiyaların və alt komitələrin rəhbəridir, kimsə onun qarşısında qapıları taybatay açır və bütün prestijli instututların kəndarında qabağına xalça sərir. Bir vaxtlar Arif Məmmədovun simasının kosmetoloji demokratikləşməsi və nüfuzunun artırılması üşün onu Azərbaycan XİN-in insan haqlarının müdafiəsi departamentinin rəhbəri də təyin emişdilər. Görünür, Məmmədyarov müasir insanlığın heç bir dilində iki sözü bir-birinə calaya bilməyən bu adamla bağlı böyük planlar qurmuşdu.

Arif Məmmədova qulaq asın və diplomatik göylərə ucalmış bu adamın siması, daha doğrusu, simasızlığı sizin qarşısında bütün çılpaqlığı ilə açılacaq. Yüksək vəzifələrə təyin edilmiş bu diplomat danışa bilmir, öz naziri kimi. Nəinki yazmaq, danışmaq, ünsiyyət də bacarmır! Və bu simasız diplomatik varlıq Azərbaycanı Avropa İttifaqı yanında nümayəndə qismində həm də İslam Konfransı Təşkilatında təmsil etmək haqqı əldə edir. Və ancaq Avropa İttifaqı yanında səfir ranqında ikinci dəfə dünyaya gəlişinə borclu olduğu ölkəsi haqda müxalif bəyanatları tirajlamağa başlayır. Yəqin ki, valideyinləri onun mövcudluğu haqda unudublar!

Zülfüqarov, Quliyev və Məmmədyarov Məmmədovu sadəcə olaraq uydurublar. O isə üç nazirin xəyallarına inanıb. Özünün seçilmiş və toxunulmaz olduğu barədə xəyallara. Gicbəsərin biri hakimiyyət əldə edəndə bax, belə olur. Əvvəlcə o, hakimiyyətlə davrana bilmir, sonra isə özü özüylə bacarmır. O dərəcədəki ki, sonda prezident öz iradəsi ilə özünün hakimiyyətyönümlü dolabında qalan Əli Kərimli barədə bəyan elədi.

Budur, artıq neçə ildir ki, sərsəm, pəltək, miskin Arif yamaqlı şalvarı ilə Belçikadakı eks-səfirin mənzilində oturub. Hərdən xalqa sərsəm müraciətlərlə çıxış edir. Arifə çoxdandır məhəl qoymurlar. O, maraqsızdır, erudisiyalı deyil, kəmsavaddır. Təkcə Brüsselin bahalı rayonlarından birində Məmmədyarovla birlikdə mənimsədikləri səfirlik pulları hesabına aldığı kiçik mənzilə malikdir.

A.Məmmədov bzim diplomatiyamızın uğursuz keçmişidir və onun haqqında hamılıqla unutmağın vaxtı çatıb. Hətta “Yuri”nin haqqında. Ancaq...

Bu günlərdə Məmmədov Azərbaycan səfirliyi qarşısında baş vermiş faciəli insident barədə satqınçı müraciətlə çıxış etdi. Xatırladıram ki, bir qrup azərbaycanlı vətənpərvər Azərbaycan səfirliyinin qarşısında dəstək mitinqi keçirərək Paşinyanın siyasətini qınayırdı. Aksiyanın başa çatmasından sonra azərbaycanlılar dinc şəkildə dağılışmağa başlamışdılar, amma tində və ağacların arxasında erməni kriminal tullantıları onları gözləyirdi. İdmançı cüssəli azərbaycanlılar onlara hücum etdi, döydü və videokameraya çəkdi, daha sonra qəlbləri sarsıdan kadrları internetdə yaydı. Əlbəttə, Azərbaycanı dəstəkləmək üçün səfirliyin qarşısına gələnlər arasında Arif Məmmədov yox idi, o daha sonra peyda oldu. Artıq internetdə. Lakin digər obrazda-“Yuri”nin əlaltısı kimi. Arif Məmmədov açıq bəyan edir ki, Brüsseldəki qarşıdurmanın təşkilatçısı Azərbaycan hakimiyyətidir. Və erməni diasporu ilə toqquşmalar hakimiyyət tərəfindən ona görə təşkil olunur ki, Bakıda xalqın diqqətini daxili problemlərdən yayındırsınlar.

Necə əclaf olasan ki, zərər çəkmiş azərbaycanlıları törətmədikləri hərəkətlərdə ittiham edəsən. Axı Los-Ancelesdə və Brüsseldə ermənilərin törətdikləri barbarlıqları, həmvətənlərimizə necə hücum etdiklərini bütün Azərbaycan izləyib. Yəni Arif Məmmədov Azərbaycanı, Azərbaycan hakimiyyətini Los-Ancelesdə və Brüsseldə erməni fəallarına hücum təşkil etməkdə günahlandırır. Bundan əlavə, Məmmədov Azərbaycan xüsusi xidmət orqanlarını da bu hücumların təşkilində ittiham edir. Və açıq deyir ki, ermənilərdən sonra növbəti hədəf o və digər müxalifətçilər olacaq. Əgər Arif Məmmədovun xalqa adi müraciətlə kifayətləndiyini düşünürsünüzsə yanılırsınız. Eks-səfir Belçika polisinə yollanıb və Azərbaycan hakimiyyətindən şikayət verib. Xeyr, azərbaycanlı gənc oğlanlara və qızlara hücum erdən ermənilərdən deyil. Heç demə, Avropa paytaxtlarındakı terrorun təşkilatçısı ermənilər yox, Azərbaycan hakimiyyətidir. Və Məmmədov müxalifətçilərlə və ermənilərlə birlikdə, keçmiş səfirin versiyasına görə, Əliyev hakimiyyətinin potensial qurbanlarıdır.

Lakin Arif Məmmədov daha da irəli gedib. Azərbaycan gənclərinə və miqrantlara müraciət edərək Ermənistana və erməni diasporuna qarşı mitinqlərdə iştirak etməməyə çağırıb. Və Diasporla İş üzrə Dövlət Komitəsini, Azərbaycan xüsusi xidmət orqanlarını və bizim səfirliyi düşmən elan edib. Ermənilərin və Arif Məmmədovun özünün düşməni...

Məmmədovun müraciəti Paşinyan hökumətinin təbliğatının əsasını təşkil edir. Arif Məmmədov erməni informasiya məkanında qəhrəmana çevrilib...

Əlavə etməyə nə qalır? Arif Məmmədov Azərbaycanı ilk dəfə 2015-ci ildə satanda,-sonra artıq vərdişkar oldu,-onun böyük qardaşı, Prezident Administrasiyasının komendaturasının əməkdaşı mənə zəng vurdu. O, göz yaşı tökürdü. Mən əlbəttə ki, Məmmədovun qardaşını sakitləşdirdim. Lakin uzun və ağır həyat yolu keçən bu adam bütün həyatım boyu unutmayacağım söz dedi: “Mənim qardaşım vətəni satdı. Mən əsrlər boyu onu lənətləyəcəm. Lakin səndən soruşuram-qardaşımın xain olduğu fikirləri ilə necə yaşayım? Bundan sonra mən necə yaşayım?”

Arif Məmmədovun qardaşı bir müddət sonra vəfat etdi. O, qardaşının satqınlığı ilə barışa bilmədi...Allahın Məmmədovun qardaşına, səmimi və parlaq insana yazığı gəldi, o bu lənətlənmiş günləri görmədi. Lakin vidalaşanda mən hər halda ona dedim: “Satqınlığın nə qədər ağır olduğunu dərk edən heç vaxt satqın olmaz. Siz Arifə vətən hissi aşılaya bilməmisiniz. Onun vicdanı heç vaxt ağrımayacaq”. Məmmədovun qardaşı söhbəti göz yaşları ilə tamamladı...

Virtualaz.org

Xəbərlər