2156
Aktual 18 İyul 2020, 21:02

Ölən daha bir erməni əsgəri

Ermənistanda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Alik Norayroviç Manukyan həlak olub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, iyulun 18-də saat 14:00-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin cavabdeh olduğu ərazidə əsgər Alik Manukyan (2000-ci il təvəllüdlü, Vayots Dzor hərbi qeydiyyatı və qəbul idarəsi, 2019-cu il çağırışı) odlu silahla yaralanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Xəbərlər