1073
Aktual 14 İyul 2020, 16:05

Ermənistana məxsus PUA vuruldu

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

“Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur”,- deyə V.Dərgahlı vurğulayıb.

Virtualaz.org

Xəbərlər