1574
Aktual 13 iyul — 16:15

Ermənistan və Azərbaycan sərhədində artilleriya qurğuları yenidən işə düşdü

Təxminən bir saat əvvəl Ermənistanla sərhəddə, Tovuz istiqamətində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlı həmçinin bildirib ki, düşmən Azərbaycan Ordusunun mövqelərinə də atəş açır. Yaşayış məntəqələri atəşə məruz qalmayıb.

Virtualaz.org

Xəbərlər