687
Aktual 13 iyul — 15:04

Rusiya Azərbaycanı və Ermənistanı danışıqlara çağırır

Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar narahatlığını və durumun stabilləşməsi üçün yardım göstərəcəyini bildirib.

Virtualaz.org bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

“Məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Öldürülənlər və yaralananlar var. Həlak olanların doğmaları və yaxınlarına başsağlığı veririk”, - deyə bəyanatda bildirilib.

“Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda daha sonra vurğulanıb.

Xəbərlər