1496
Aktual 13 iyul — 12:24

Haqqin.az aparıcı erməni KİV-inə müraciət etdi

Azərbaycanın ən çox oxunan rusdilli Haqqin.az saytı Ermənistanın müstəqil KİV-lərinə müraciət edib.

Virtualaz.org bildirir ki, haqqin.az müraciətində Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 2 döyüş postunun və 15 əsgərinin məhv edildiyini xatırladıb. Qeyd edib ki, amma Ermənistan tərəfi hadisələrin əsl miqyası haqqında məlumatları öz xalqından gizlədir və yalnız 2 polisin yaralanması haqda məlumat yayıb.

Haqqin.az müraciətində, erməni həmkarlarını ölkənin Müdafiə Nazirliyinə sorğu ilə müraciət etməyə, ölən və yaralananlar barədə məlumat almağa çağırıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlər barədə yeni məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Virtualaz.org

Xəbərlər