2767
Aktual 13 iyul — 01:36

Azərbaycan-Ermənistan sərhədində yeni döyüşlər

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Müdafiə Naziliyindən virtualaz.org-a verilən məlumata görə, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

**00:18

"Axşam saatlarında Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Facebook" səhifəsində məlumat yayılıb.

"Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusu adekvat tədbirlər görüb", - məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd göstəriblər. Buna cavab olaraq, düşmən qüvvələrinin hücumunun qarşısı alınıb. Döyüşlər nəticəsində Azərbaycan ordusunun üç hərbçisi şəhid olub.

Xəbərlər