3176
Aktual 12 iyul — 18:10

Ermənistan ordusu ağır itkilər verdi

Xəbər verildiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz rayonunda sərhəd xəttindəki mövqelərinə artilleriya qurğularından atəş açıb.  Hazırkı vaxtda döyüş toqquşmaları davam edir.

Azərbaycan Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a verilən məlumata görə, döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib. Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq, Azərbaycanın hərbi idarəsi ölən və yaralananların sayı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin 2 əsgəri şəhid olub, 5 nəfər yaralanıb.

Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yenidən ölkəsinin ictimaiyyətini və  mediasını çaşdırır. Ermənistan Müdafiə Nazirliyi hərbi hadisələrin həqiqi miqyası barədə məlumat vermir, yerli hadisə ilə əlaqədar qısa məlumat verir. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, guya erməni generallarına məlum olmayan səbəblərə görə,  "UAZ" markalı avtomobildə olan Azərbaycan hərbçiləri Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook" səhifəsində yazıb.

Əgər Azərbaycan Ordusu elan olunmamış müharibə şəraitində olduğu Ermənistanın dövlət sərhəddini keçmək istəsəydi, bunu avtomobillərdə yox, zirehli maşınlarda edərdi.

Xəbərlər