1934
Aktual 9 iyul — 15:10

Cəmil Həsənli: “Xalqı qıcıqlandırmayın! Əli Kərimli-Rəsulzadə deyil”

Eynulla Fətullayev

Bizim dissident mətbəxli yerli “AzRevkom” hamımıza yaxşı tanış olan antiutopiya dövrünün antiqəhrəmanlarını-sərsəmləri, yeretikləri, xəyalpərəstləri, skeptikləri, zahidləri xatırladan şəxslərlə keçirdiyi növbəti iclası ilə yadda qaldı…Virtual xəyalət aləmində böyük xəyallar. Gözlərindən qisas zəhəri saçan, ruhsuz sifətli adamların qəribə yığnağı.

Birinci haşiyə

Özünü birinci Respublikanın qanunverci orqanına oxşadıb Milli Şura adlandıran “AzRevkom” hələ də özünü əzilənlərin və alçaldılanların xilas edilməsi uğrunda planetar missiyanın daşıyıcısı kimi görür. Lakin... axı 1918-ci ildə Milli Şura matros Jeleznyakovun qovub dağıtdığı Təsis yığıncağının qanuni seçilmiş deputatlarının sıralarından təşkil edilmişdi. Yəni onun bütün üzvləri həqiqi idi, indiki kimi saxta və qondarma deyildi, o vaxtkı Milli Şura xalqın etimadına əsaslanırdı. Həm Rəsulzadə, həm Topçubaşov, həm də Xoyski ümumxalq səsverməsi ilə Rusiya parlamentinə seçilmişdilər. Yığıncağın dağıdılmasından sonra deputatlar yenə də xalqın iradəsinə əsaslanaraq parlament-Zaqafqaziya Seymi, daha sonra Azərbaycan Milli Şurasını təsis etdilər.

Həqiqi Milli Şura, 1918-ci il

Bundan düz yüz il sonra siyasi qaragüruhun sıralarından onlarla boşboğaz birinci Respublikanın qurucu-atalarını yamsılayaraq özlərini Milli Şura adlandırdılar. Təbii ki, heç bir ümumxalq seçkisi və səsvermə olmadan. Və hazırda bu siyasi kütbeyinlər sinfi birinci Respublikanın əsasını qoyanların irsinə iddia edir. Təxminən 20 il əvvəl isə onlar özlərini Konqres adlandırırdılar Sonra Konqres parçalandı. Gopçular bir-birləri ilə didişdilər, söyüşdülər, sanki həmişəlik ayrıldılar. “Demkonqres-1, 2,3...” şəklində yenidən çoxaldılar... Sonda bütün Azərbaycan müxalifəti Elçibəyə simpatiya əsasında bölünmüş saysız-hesabsız konqreslər-dairəciklər formasında hakimiyyətin yanında yer aldı. Həmin dövrlərdə bu antiqəhrəmanlar liberal-əzabkeşlər, amerikanpərəstlər cildinə girmişdilər, özlərini yaraşıqlı ingilis sözü olan Konqreslə tanıdırdılar. Türk kamalizminin çöküşü və neoosmançılığın yeni erasının başlaması ilə müxalifət tələsik nəinki xarici siyasət oriyentirlərini ört-basdır elədi, eləcə də özlərinin kontorlarındakı lövhələrin üstünü boyadı. Divanlara və məclislərə artıq tələbat yox idi. Arada müxalifət sanki qədim yunan tarixinə də baş vurdu. Eldar Namazovun Forumu bir neçə il antiəliyev triadası üçün platforma rolunu oynadı.

Saxta Milli Şura, 2013-cü il

Müxalifətçilərin idealları və dəyərləri regionda geosiyasi situasiyadan asılı olaraq dəyişirdi. Məsələn, Rusiya pasportu daşıyan məşhur kinorejissorun müxalifətin sıralarına keçməsi ilə müxalifət adını dəyişdirib İctimai Palata oldu. Əlbəttə ki, özünü Rusiya prezidenti yanında İctimai Palataya oxşadaraq. Lakin 2015-ci il parlament seçkilərinin dağıntıları altında qalandan sonra Ceffersonun Konqresindən, sultan Süleymanın Divanından, ispan respublikaçılarının Xalq Cəbhəsindən, Kreml Palatasından məyus olan, müxtəlif iri dövlətlərin simvollarını kənara itələyən müxalifət milli köklərə-birinci Respublika dövrünə qayıtdı. Milli Şura da bax, beləcə meydana çıxdı-ilan və kirpinin ittifaqı, tamamilə fərqli yunlu və cinsli siyasi partiyaların, cərəyanların yığıncağı kimi. Lakin tezliklə müxalifətin bir qismi hakimiyyətin devrilməsi perspektivlərindən məyus oldu, digərləri mövqelərini dəyişdi, üçüncülər ümidlərini itirdi və Milli Şura da əldəqayırma uşaq evciyi kimi dağılmağa başladı. Şurada təkcə Kərimli başda olmaqla Xalq cəbhəsi, dekadent-təriqətçilər Cəmil Həsənli ilə Gültəkin Hacıbəyli qaldı. Siyasi oyunların labirintlərində azıb qalmış bu iki keçmiş deputatın sadəcə olaraq getməyə yerləri yoxdur. Hakimiyyət ikinci dəfə Cəmil Həsənlinin xidmətlərindən istifadə etməzdi, Gültəkin Hacıbəylinin xəyanəti isə o qədər alçaq və məkrli idi ki, onun bağışlanmasını gözləmək mənasız idi. Bax, bu iki keçmiş və yolunu azmış deputat Cəbhəyə əlavə olaraq Milli Şurada ilişib qaldı.

* * *

Beləliklə, iclas gedir. Müxalifətçilər cəbhənin partizan "Azadlıq" qəzetinin son baş redaktoru-Rəhim Hacıyevə hələ də kifayət qədər tanış və qərarsız şəkildə lağ edirlər. Bu dəfə Milli Şuranın sədri Cəmil Həsənli çıxış edərək deyir: "İnsanları bir daha qıcıqlandırmayın!" Müxalifət liderinin səmimiyyəti təqdirəlayiqdir. Nəhayət, ilk dəfə müxalifət liderinin dilindən həqiqəti eşitdim - müxalifət cəmiyyəti qıcıqlandırır! Əhsən! Bəs C.Həsənlinin tülkü kimi xain vəhyinin arxasında nə dayanır?

Barmaqlarında döymə olan tarixçi heyrətə gəlir: “Bu gün hədəfimiz Rəhimdirsə, qeyd edim ki, Əli Kərimli ilə bağlı son sözləri insanları qıcıqlandırır. "Əli Kərimli-müasir Rəsulzadə!" Bu tamamilə səhv bir tezisdir!" Budur, yüksək səsi ilə Gültəkin Hacıyeva duet həmkarını dəstəkləyir: “Bəli, bəli! Razıyam! Bunu bu şəkildə edə bilməzsiniz! Bu səhvdir". Təxminən on dəfə, iyirmi dəfə Hacıyeva bunun səhv olduğunu israrla bildirir.

Və budur, həqiqət anı başlayır! Diqqət! Cəmil Həsənli açıq şəkildə bəyan edir ki, Xalq Cəbhəsi fəalları bir nöqtədə ilişib qalmamalı və öz sosial bazaları ilə məhdudlaşmamalı, əksinə öz təşviqat və təbliğatlarında bütün etiraz elektoratlarını nəzərə almalıdırlar. Beləliklə, Cəmil Həsənlinin məntiqinə əsasən, hətta Əli Kərimlinin yaxın adamları belə, etiraz elektoratının geniş təbəqəsinin cəbhəçilərin liderini iqtidara alternativ kimi qəbul etmədiyini başa düşürlər. Üstəlik, bu elektoratın ən radikal hissəsi hazırkı müxalifət elitasının Birinci Cümhuriyyətin qurucu ataları ilə müqayisələrini rədd edir. Mühüm etirafdır, bunu qeyd etməliyəm!

mehriban düşmənlər - Cəmil Həsənli və Əli Kərimli Xalq Cəbhəsi qərargahının çayxanasında, 2004-cü il

İkinci haşiyə

Əli Kərimli ilə münasibətlər və Əli Kərimlinin özünə münasibət Cəmil Həsənli üçün müstəsna olaraq ekzistensional məsələdir. Çünki uzun illər ərzində C.Həsənli Xalq Cəbhəsi Partiyasında Kərimlinin müavini olub, bundan əlavə parlamentə partiyanın siyahısı üzrə düşüb. Lakin 2002-ci ildə Cəmil Həsənli təslimçilik və ürəkulandırıcı renegatlıq sayəsində hakim elitanın bir qismi ilə çirkin sövdələşməyə getdi, Kərimliyə alçaqcasına xəyanət etdi və partbileti deputat mandatına dəyişdi. 2002-ci ildə parlamentdə AXCP sədrinə qarşı hücumlar artdı. Hakim elitanın bir qismi hakim partiya ilə sövdələşmənin şərtlərini pozan Kərimlinin özünün xəyanətindən qəzəblənmişdi. O vaxtlar Kərimli və AXCP itaətkarcasına dekorativ müxalifət rolunu yerinə yetirirdi.

Ancaq Heydər Əliyevin səhhətində problemlər yarananda Kərimlidə Əliyevlər hakimiyyətinin möhkəm gələcəyinə dair narahatlıqlar və tərəddüdlər yarandı. Sözəbaxan müxalifətçi ən yaxın tərəfdaşları ilə birlikdə tələsik hakimiyyət gəmisini tərk etməyə başladı. Bu da Prezidentin bir çox tərəfdaşlarında narazılıq yaratdı və onlar Kərimlinin üzərinə sərt tənqidlərlə hücum etdilər. Və etiraz əlaməti olaraq AXCP parlamentin işini boykot etmək qərarı verdi. Milli Məclisdə isə partiyanın qərarını pozan təkcə bir cəbhəçi deputat qaldı. Bu həmin Cəmil Həsənli idi.

Həmin məqamdan başlayaraq Həsənli çox xırda addımarla hakimiyyətə yaxınlaşmağa başladı, üstəlik o qədər yaxınlaşdı ki, Əli Kərimlinin təbliğatının başlıca hədəfinə çevrildi. 10 ilə yaxın cəbhəçilərin qəzetləri bu dönüyü dəlmə-deşik elədilər, bu da C.Həsənlinin özünüün seçimini şərtləndirdi. Dönük hakimiyyət elitası ilə çuğlaşdı. Və o vaxta qədər hakimiyyətdə qaldı ki, hakimiyyət özü onun rol oyunlarında istifadə edilməsi dövrünün başa çatdığını elan etdi. Yəni istismar müddəti bitdi! Həsənlini fəxri pensiyaya yola salmağa qərar verdilər. O isə donunu dəyişdi, kənd qaloşlarını yenidən ayağına keçirdi, çiynindən Əliyev frakını kənara atdı. Bir anda Həsənli 8 il ərzində hökumətin bütün hesabatlarına səs verən hakimiyyətyönümlü deputatdan Azərbaycan nihilizminin əzabkeş vicdanına çevrildi.

* * *

Bu “balbes” Rəhim bəydən nə gözləyəsən? Kərimlinin Rəsulzadə şəxsiyyəti ilə müqayisə edilməsi də eynilə bu cür küfrdür! Sosial-demokrat “Hümmət” partiyasının əsasını qoyanlardan biri, alovlu inqilabçı, parlaq tribun, gözəl publisist və Azərbaycan siyasi publisistikasının əsasını qoyanlardan biri, görkəmli siyasətçi, bütün ömrünü Azərbaycanın müstəqilliyi ideyasına həsr eləmiş biri... Rəsulzadə mübarizə illərində öz ailəsini, uşaqlarını, dostlarını itirdi, qürbətə sığındı, amma bütün ömrünü həsr etdiyi dəyərlərini və ideallarını satmadı. Rəsulzadə sözünə və prinsiplərinə sadiq adam idi. Və onun ürəyində itirilmiş və bolşeviklər tərəfindən alçaldılmış Vətən naminə qanlar axırdı. Kərimli kimdir axı? Komsomolçu, öz partiyasını satan biri. Kleptokratiya və nepotizmə bulaşmış cəbhəçi, öz həyat yoldaşını Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edən biri. Öz prezidentini satan müxalifət partiyası lideri. AXC-nin başı üzərini almış təhlükə anında Kərimli yeni hakimiyyətlə anlaşma yolunu tutaraq Elçibəyi partiyanın idarəçiliyindən kənarlaşdırdı və onun tərəfdarlarını darmadağın etdi. Əlyazmalar yanmır! Elçibəy ölümlə çarpışırdı, Kərimli isə stalinsayağı intriqalara aludə olaraq öz mirzələrinin əli ilə onun zöhrəvi xəstəliyə tutulduğu haqda şayiələri dövriyyəyə buraxırdı...

Kərimlinin xain obrazı müqəddəs Rəsulzadə önündə

Və budur, günc-bucaqdakı Milli Şuranın divarları arasındakı qızğın mübahisəni Vidadi Mirkamalın baritonu kəsir: “Yadda saxlayın, bu cür təbliğat, bu analogiyalar insanlarda ikrah yaradır!” Bu qondarma ədliyyə generalının sözlərinə daha nə əlavə edəsən ki?!

Lakin Cəmil Həsənlinin əlavə etməyə həmişə sözü var. “Başa düşün axı!,-eks-deputat Kərimlinin tərəfdaşlarına səslənir,-Azərbaycanda bir siyasi partiyanın və hətta blokun gücü ilə dəyişiklik etmək mümkün deyil”. Açıq etirafdır. Müxalif xadimin dediklərinə nəsə əlavə etməyə ehtiyac yoxdur. Bəlkə hakimiyyət Cəmil Həsənlini bağışlasın və yenidən onu öz sıralarına qəbul eləsin?! Axı o, gözəgörünməz Cəbhənin liderinə qarşı həddən artıq aqressiv əhvaldadır.

Tapdanmış və divara sıxılmış Rəhim bəy isə israrla deyir: “Mənim sözlərimdə səhv yoxdur. Zaman gələcək və siz hamınız Əli Kərimli barədə yüksək mövqedə olacaqsnız. Eybi yox, baxarıq, gələcək göstərər”.

Nəhayət, Kərimlinin bütləşdirilməsinə dair qızğın diskussiyaya trotskisayağı saqqalı və şamaxılısayağı təbəssümü ilə baş ideoloq müdaxilə edir. Əlbəttə, bu dəmir hasarın o üzündəki korlanmış radiodalğadır-Qənimətdir! O özünəxas tikanlı sinizmi və aşağı səviyyəli üslubu ilə deyir: “Yaxşı. Əli Kərimli Topçubaşovdur. Yaxşı alışdır. Sağlıqla işlədin!”

qırıntılar Qənimət Zahid üçün iyrənc hədəfə çatmaq vasitəsidir

Topçubaşov və yaxşı alış. Siz bu sözbirləşməsinə fikir verin! Söhbət Azərbaycan ziyalılığının ən parlaq nümayəndələrindən birindən, çarizmə qarşı görkəmli mübarizdən, qorxmaz kadetdən, Dövlət Dumasındakı müsəlman fraksiyasının liderindən, əfsanəvi “Kaspi” qəzetinin qurucusundan (hansı ki, onilliklər sonra kənd qaloşunun digər daşıyıcısı, adı eynilə Əli, amma familiyası Həsənov olan başqası bu adı korladı), Respublikanın birinci parlamentinin sədri Əlimərdan bəy Topçubaşovdan gedir.

Necə də aşağı səviyyəli, nankor və ləyaqəsiz yanaşmadır...Qənimət Zahiddən, bu dolayısı jurnalistdən və formalaşmamış siyasətçidən fərqli olaraq Topçubaşov Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, vəhşi bolşevik fəlakəti təhlükəsi qarşısında ağır mühacir həyatı ilə barışmalı olub. Əlimərdan bəy sözün əsl mənasında dilənçi kökünə düşüb, vərəmdən faciəli şəkildə ölən oğlunun müalicəsinin haqqını ödəyə bilməyib, kreditlər hesabına yaşayıb və borc içində batıb... O, var gücü ilə və son günlərinə qədər insani əxlaqını qorudu və Məhəmməd Əmin kimi öz həyatını doğma xalqının azadlığına qurban verdi. Qənimət bəy, hansı ki, oliqarx masalarından qalan qırıntılarla qidalanır, başqa məsələdir. Alçaq əyarlı qumarbaz, onun üçün siyasət–böyük bir kazinodur. Kim daha çox ödəyəcək. Bəzən hakimiyyət-siyasi rəqibləri daha çox pul ödəyir - ancaq bolşeviklər üçün istənilən vasitə yaxşıdır, təki məqsədə çatılsın. Və Qənimət bəy qırıntıları vicdanla qazanır. Yalanın və xəyanətin labirintlərinə batmış bu və ya digər məmurların sifarişlərini yaxşı icra edir.

Həqiqət axtaran şərəfli şəxs roluna iddia edən bir insanın ritorikasına diqqət yetirin: "Mənim bu Rəhimdən zəhləm gedir, amma bu cür təbliğat Əli bəyi blokadadan xilas etməyə imkan verir". Guya oxlokrat Kərimlini Rəsulzadə yüksəkliyinə qaldırmaqla müxalifət ən qısa müddətdə liderinin mənzilindəki nasaz İnternet problemini həll edə biləcək.

Və birdən Qənimət bəyin özünün mənzilində rabitə kəsilir. "Nə olub?" – deyə qaragüruh xorla soruşur. Qənimət bəy: “Bu “ment” Emin Əhmədbəyov zəng eləmişdi. Məndən əl çəkmir...". Birdən növbəti pəncərədə gözləri və qaşları Rəsulzadənin yaşlı vaxtlarına çox bənzəyən bir adam görünür. O kimdir? Kölgə? Kabus? Təsadüfən yoldan keçən? Qənimət Zahid Azərbaycan Daxili İşlər Nazirliyinin Emin Əhmədbəyov adlı qaçqın işçisinə tərəf qaçır. Və Qənimət bəyin jargonu ilə ifadə etsək, bu “ment” indi Azərbaycan xalqının xilaskarı qismində çıxış edir...

Canlı söhbəti izləyin:

Xəbərlər