1789
Aktual 9 iyul — 15:03

Kənd Təsərrüfatı Nazirliyinin podratçılarına qarşı xüsusi əməliyyat

Kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, xüsusi əməliyyat dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyaları mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir.

***14:13

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahəyə ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən  vəzifəli şəxslərinə qarşı əməliyyat keçirir.

Virtualaz.org-un məlumatına görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edirlər.

Çoxlu sayda saxlanılanların olduğu bildirilir.

Virtualaz.org

Xəbərlər