1546
Aktual 7 iyul — 20:50

Siyavuş Novruzov oğlunu imam Əli ilə müqayisə etdi

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin regional siyasət komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə oğlu Seymur Novruzov barədə danışıb.

“İstərdim ki, oğlum imtahan verib Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasına daxil olsun. Özü istəmədi. Sonra ona Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim keçməsini təklif etdim. Bunu da istəmədi. Mən özüm "rütbəli şəxsəm" ona görə də ona bu təklifi etdim. Ancaq indi oğlumuz üçün peşə seçimi məsələsini onun ixtiyarına verdik. Qərar versin.

O yarışlara qatılmasa da, çox yaxşı boksçudur. Oğlum elə ədalətli bir insandır ki, bəzən mən ondan öyrənirəm. Özündən daha zəif birini döyə bilmədiyini deyir. Bu dərəcədə o, ədalətli insandır. O bu xasiyyətdə babasına - atama oxşayıb. Atam da eynən belə idi. Oğlum bir qarışqanı belə incitməz. Eşitdiyimə görə, yalnız İmam Əli belə bir ədalət duyğusuna sahib olub", - Siyavuş Novruz qeyd edib.

Xəbərlər