1928
Aktual 30 iyun — 11:21

Gizli olmayan şam yeməyi: "Bizim işimiz hakimiyyəti şərləməkdir!"

Eynulla Fətullayev

Bundan da səmimi? Ancaq hökumət əleyhinə cəbhə açanların ideoloqlarından biri Qənimət Zahidin məhz bu etirafı bizi hakimiyyətə can atanların mahiyyəti üzərində düşünməyə vadar edir. Milli Şura, pis yumorla dolu olan inqilabi səhnəciklərini yayımlamağa davam edir. İnternetdə müxalifət etimadının simulyasiya edilmiş hiylələri haqqında yeni bir seriya peyda olub. Milli Şuranın yorğun atının - Cəmil Həsənlinin səssizliyi diqqəti çəkir. Və inqilabın lideri Əli Kərimlinin olmaması. Efirdə yalnız Yayda batmış liderin silahdaşlarıdır.

Toplaşanlar yekdilliklə hakimiyyətə yeni bir tələb irəli sürməyi təklif edirlər. Karantinə görə 500 manat təzminat verin! Müxalifətçilər korona rejiminə görə kompensasiyanın artırılmasında israr edirlər. "Xalq anlasın və inansın ki, bizim bütün fikrimiz-zikrimiz yalnız və yalnız onunla bağlıdır!" – deyə Akif bəy adlı müxalifətçilərdən biri hiyləgərcəsinə bildirir.

Kərimli həvarilərinin gizli olmayan şam yeməyi

Zəruri haşiyə

Bu səliqəsiz və yuyulmamış abreklərin saxtakarlığı eyni bəylərin bir illik hakimiyyətlərini xatırladır. Hərçənd ki, Azərbaycanda, Şərqdə olduğu kimi, bəy həmişə müraciət forması olmayıb, feodal titulu, daha çox rütbə olub. Bax, Qarabağ uğrunda döyüşlərin getdiyi bir vaxtda dialoqa, kompromislərə və hətta ümummilli konsensusa və konsolidasiyaya hazır olan qanuni prezident Ayaz Mütəllibovu devirərək, hakimiyyəti ələ keçirən bu yalançı muzdurlar nazir postlarını və məmur vəzifələrini yalnız partiya mənsubluğuna və prezidentin devrilməsindəki xidmətlərinə görə paylamağa başladılar. Partiya nomenklaturasına sinif nifrəti ilə silahlanmış muzdurlardan biri Bakının mərkəzi rayonunun icra hakimiyyəti başçısının kabinetini zəbt etdi.

Böyük bir rayonun rəhbərinin dəri kreslosunda yerini rahatlayan, iy verən həmin muzdur, bir neçə saat ərzində bütöv bir qutu siqareti çəkərək kabineti tələsik addımlarla tərk etdi.

"Bəy, gec qayıdacaqsınız?" – deyə partokrat sələfindən miras qalan yaraşıqlı katibə özünü itirmiş cavan oğlandan soruşdu.

- Kəndə anama zəng etməliyəm. İndi danışıq punktuna gedirəm.

-Bəy, əlinizin ki altında hökumət rabitəsi var. Ananıza öz kabinetinizdən zəng edə bilərsiniz.

Sanki bu sözlərlə yeni Rəhbərin başına kül ələdilər. Rabitə aparatını axtarmaq üçün kabinetə girən katibə dəhşətə gəldi, gözlərinə inanmadı. Demə, yeni başçı siqaret köküklərini çirkli muzdur çəkmələri ilə, katibə kimi bürokrat partokratdan miras qalan fars xalçasının üstündə söndürübmüş. Həmin gündən etibarən yeni başçı, anasına danışıq punktundan zəng etmək və partokratın bahalı fars xalçasında çirkli çəkmələri ilə siqareti söndürmək vərdişini tərgitdi.

Xalq Cəbhəsinin bütün tarixi klassikin ölməz povestindən Şarikovun doğum və həyat hekayəsini xatırladır

* * *

İnsanların yaddaşı ədəbsiz üzləri və düşüncələri olan pis qoxulu insanların hökmranlığı ilə bağlı bir çox oxşar tragikomik hekayələri saxlayıb. Bu hekayələrin hamısı on illər boyu hər yerdə dillər əzbəri olub. Və köhnə müxalifətçilərin- təxminən 25 il əvvəl öz hakimiyyətlərinin qısa dövrü ərzində məmur kreslolarına vurulmuş bu qocalmış gənc bəylərin səmimi söhbətlərini dinləyəndə anlayırsan ki, bütün itirilmiş bu onilliklər ərzində bu insanların mahiyyəti, sifətləri və düşüncələri kimi, dəyişməyib…

Sonuncu mogikan-susmuş "Azadlıq" qəzetinin baş redaktoru Rəhim bəy Hacıyev nəsə deməyə çalışır, amma Qənimət Zahid kobud və amiranə şəkildə onun sözünü kəsir: "Sən, sus".

"Niyə susmalıyam?" – deyə Rəhim bəy etiraz edir.

- Bilmirəm, bəlkə əyrisən, çaşsan və ya buynuzların çıxıb.

Müxalifətçilərin öz aralarında ədəbsizliyə və ünsiyyətin alçaldıcı tonuna fikir verin. Qənimət Zahid Rəhim bəyi bekarçılıqda və müftəxorluqda ittiham edir.

"Yeri gəlmişkən, Alı bəylə birlikdə gecə-gündüz yorulmadan işləyirik",- deyə Rəhim bəy özünə haqq qazandırmaq istəyir.

"Bilirəm necə işlədiyinizi, oturmusunuz messencerlərdə",- deyə Qənimət Zahid günahlandırmaqda davam edir.

Və ölkənin aktual problemlərinin müzakirəsinin bu həlledici məqamında "Azərbaycan inqilabının al-qırmızı gülü" Gültəkin Hacıbəyli söz alır. YAPçılığı tərk etdikdən sonra Kərimli papalığına köç edən yoldaş Hacıyeva təvazökar soyadının sonundakı bəy feodal titulundan faydalanmaq fürsətini əldən vermədi. Hərçənd ki, Gültəkinin əcdadları da muzdurlardandır.

Və budur, Hacıyevanın ötürməsi ilə müasir siyasətin əsas hadisəsi ətrafında mübahisə qızışır. Rəhim bəyin keçəl başı. “O, keçəldir. Ona yaraşmır. Vidadi bəy-bax, bu başqa məsələ. O, yaraşıqlıdır",-deyə Hacıyeva ədliyyə generalına rəğbətini etiraf edir.

Cəsur general (Mirkamalovun nə üçün general adlandırıldığını hələ də başa düşmürəm, çünki ranqlar cədvəlinə görə bizim ədliyyə sistemimizdə belə bir rütbə sadəcə yoxdur!) sevimli xanımın diqqətindən mütəəssir olur. Əzizlənən sevgili solğun gülün tərifindən özündə deyil: “Elədi-elədi, mən yaraşıqlıyam. Təşəkkür edirəm!".

Qənimət bəy Zahid İnqilab Komitəsinin, Rəhim bəyin axmaq daz başı ətrafında özünün təhriki ilə başlanan və eyni dərəcədə axmaq müzakirələrin getdiyi virtual iclasını tərk etmək istəyir. Zahid açıq şəkildə deyir ki, onun başqa bir bəyin keçəl başı haqqında boş-boş danışmaqdan daha vacib işləri var. Zahidə "Azərbaycan saatı" verilişinə- yorğun səsli bir jurnalistin mənasız adi məişət məsələlərindən bəhs edən boz monoton monoloq proqramına hazırlaşmaq lazımdır.

Və burada Rəhim bəy onu incidəni sancmaq fürsətini əldən vermir. Al, bu sənə buynuzlara görə! Bu da sənə keçəl başa görə! “Qənimət bəy, rəqəmləri səsləndirərkən dəqiq olun. Rəqəmlərdə və faktlarda çox səhv edirsiniz!” – qanmaz onu ələ salır.

Hərçənd o, həqiqətdən uzaq deyil - Qənimət bəyin tənqidi əsasən şayiələrə və fərziyyələrə söykənir.

"Nə fərqi var?! Bizim əsas vəzifəmiz hakimiyyəti şərləməkdir", -deyə riyakar açıq etiraf edir.

Və belə dəyərləri və prinsipləri olan bu insanlar, bu əxlaqa sahib olanlar hakimiyyət olmaq istəyirlər. Siqaret kötüklərini bu dəfə bahalı fars xalçalarında yox, dövlət orqanizminin özündə söndürmək üçün.

Xəbərlər