2830
Aktual 23 iyun — 16:05

Dövlətin strateji obyektini Elçin Quliyevin bağ evi kimi qələmə verdilər

Xaricdə yaşayan bloqer Həbib Müntəzir dünən, Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb.

Müəllif qeyd edib ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır.

Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir.

Virtualaz.org şərh üçün Novxanı kənd icra nümayəndəliyinə müraciət edib. İcra nümayəndəliyində bildiriblər ki, xəritədə göstərilən ərazi dövlət əhəmiyyətli strateji bir obyektdir. Və onun general-polkovnik Elçin Quliyevə heç bir aidiyyəti yoxdur.

Bu dövlət obyektində iki helikopter meydançası, avtomobil dayanacağı üçün böyük bir kompleks və ofis binası var.

Virtualaz.org dəqiqləşdirib ki, Novxanı qəsəbəsində, minlərlə vətəndaş kimi, Elçin Quliyevin də bağ sahəsi var. Lakin göstərilən strateji obyekt dövlətə məxsusdur.

Virtualaz.org

Xəbərlər