507
Aktual 30 may — 12:32

Pentaqon “zənci qiyamı”nı yatırmaq üçün şəhərə qoşun yeridir

ABŞ Müdafiə Nazirliyi Minnesota şəhərinin Minneapolis şəhərində iğtişaşları yatırmaq üçün qoşun yeritməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, “Associated Press” bu haqda müdafiə nazirinin əmri ilə şəxsən tanış olan üç mənbəyə istinadən bildirir.

Xatırladaq ki, bir neçə gün əvvəl ağdərili polislərin şəhərdə qaradərili Corc Floydu öldürməsindən sonra Minneapolisdə qaradərililərin güclü iğtişaşları və qiyam başlayıb. Onlar şəhərdə ictimai binaları, bankları dağıdır, polis məntəqələrinə od vurur.

Agentlik qeyd edir ki, Amerika şəhərinə qoşun yeridilməsi Müdafiə Nazirliyi üçün olduqca nadir hadisədir. Əmrə əsasən Pentaqonun Şimali Karolina və Nyu-Yorkda dislokasiya olunmuş hərbi polis bölmələri müvafiq sərəncamın daxil olmasından sonrakı 4 saat ərzində Minneapolisə yeridilməlidir. Habelə Kolorado və Kanzas ştatlarındakı hərbi polis bölmələri də belə əmr alıb. Qaradərililərin qiyamının davam etdiyi şəhərə minə yaxın hərbçinin yeridilməsi planlaşdırılır.

Pentaqondakı yüksək rütbəli mənbənin bildirdiyinə görə, həmin əmr prezident Donald Trampın müdafiə naziri Mark Esperə Minneapolisdə vəziyyətin nəzarətdən çıxma ehtimalına qarşı mümkün cavab variantları hazırlamaq göstərişindən sonra verilib.

Şəhərə artıq Milli qvardiya bölmələri və zirehli texnika yeridilib, komendant saatı tətbiq edilib. Etirazçılar qaradərilinin həbsi zamanı ona fiziki güc tətbiq edib öldürən polislərin həbsini tələb edir.

Virtualaz.org

Xəbərlər