703
Aktual 26 may — 00:22

ÜST koronavirusa qarşı Trampın dərmanının sınağını dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstələrinin müalicəsində istifadə edilən hidroksixloroxin adlı dərmanın sınaqlarını təhlükəsizliklə bağlı müvəqqəti olaraq dayandırıb.

Virtualaz.org-un məlumatına görə, bunu ÜST-nin baş direktoru Tedros Qebreyesus deyib.

O bildirib ki, tibb üzrə ixtisaslaşmış “Lanset” jurnalı hidroksixloroxin və xloroxinin təsirləri və onun COVİD-19 xəstələri üzərindəki təsirini müşahidə edən bir araşdırma aparıb: “İki ay əvvəl COVİD-19-a qarşı dörd dərman və dərman birləşməsinin effektivliyini qiymətləndirmək üçün sınağa başladıq. Sınaq çərçivəsində 35 ölkədən 400-dən çox xəstəxanaya aktif xəstə qəbul edildi. “Lanset” hidroksixloroxin və xloroxinin təsiri barədə araşdırma apardı və araşdırmada bu dərmanın tək və makrolid istifadə edildikdə ölüm riskinin yüksək olduğu bildirilib. Bundan sonra şənbə günü icra qrupu dərmanın sınaqlarını təhlükəsizliklə bağlı narahatlıq səbəbindən müvəqqəti olaraq dayandırıb”.

Baş direktor digər dərmanların sınağının isə davam etdirildiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp da koronavirusa qarşı hidroksixloroxindən istifadə etdiyini açıqlamışdı. Sonra isə o, bu dərmanları qəbul etməkdən imtina etdiyini bildirdi.

Bu arada məlum olub ki, ÜST koronavirusun mənşəyinin tədqiq olunması məqsədilə Çinə missiya göndərəcək.

Bunu isə ÜST-nin Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.

"Biz Çindəki həmkarlarımızla müzakirə prosesindəyik. Mənim bildiyimə görə, elmi missiyanın konkret tarixi hələ müəyyən edilməyib. Amma biz müxtəlif ölkələrdən elmi nümayəndələrin iştirakı ilə belə missiyanın keçirilməsi imkanını gözləyirik", - deyə təşkilatın “Twitter”dəki səhifəsində onun sözlərindən sitat gətirilib.

Rayanın sözlərinə görə, missiyanın vəzifəsi koronavirusun mənşəyini anlamaqdan ibarət olacaq. O, həmçinin əlavə edib ki, Çin belə yanaşmaya açıqdır.

Xəbərlər