836
Aktual 22 may — 02:00

NATO fövqəladə toplantı keçirəcək

ABŞ-ın “Açıq Səma Müqaviləsi”ndən çıxmaq barədə qərarından sonra NATO fövqəladə toplantı keçirəcək.

Virtualaz.org-un məlumatına  görə, bu barədə TASS-a Brüsseldəki mənbə bildirib.

İclas mayın 22-də səfirlər səviyyəsində baş tutacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin “Açıq Səma Müqaviləsi”ndən çıxdığını bəyan edib.  Fikrini də bununla əsaslandırıb ki, səbəb Rusiyanın razılaşmaya əməl etməməsidir.

Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Hayden Tvitter səhifəsində yazıb ki, Donald Trampın Vaşinqtonun “Açıq Səma Müqaviləsi”ndən çıxmasını bəyan etməsi dəlilikdir.

Xatırladaq ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb. Hazırda sazişin 34 üzv-dövləti var. Müqavilə iştirakçı-ölkələrə bir-birilərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqda açıq informasiya toplamaq icazəsi verir.

 

Xəbərlər