2925
Aktual 17 may — 14:44

Vilayət Eyvazov Qənimət Zahidin əyri güzgüsündə

Müəllif: Eynulla Fətullayev

Əgər Əli Kərimli komaya sığınmış müxalifət rəhbəridirsə (Leninsayağı,-red.) o zaman Qənimət Zahid trotskisayağı saqqalı ilə xəyali inqilab işinin nəzəriyyəçisi rolunu üzərinə götürüb. Kərimlinin köhnə sovet partnomenkulatura mənzilinin divarları arasında itməsindən sonra birinci plana trotskisayağı saqqallı adamın danışan başının göründüyü kvadrat çıxır.

Q.Zahid müxalifətin hakim elitanı parçalamağa hesablanmış daha bir başlıca konsepsiyasını ifadə etməkdə davam edir. Rəngli inqilabların ənənələrinə uyğun olaraq məhz hakim elitanın parçalanması siyasi böhranı dərinləşdirir və hakimiyyət sisteminin çökməsinə gətirib çıxarır. 2000-ci illərin əvvəllərində biz bunu Gürcüstan qızılgül inqilabında, daha sonra Ukraynada, Moldovada, Qırğızıstanda gördük...

Qənimət Zahid axmaq keçmiş səfiri ələ salır

Rəngli postsovet inqilablarının başlıca xarakterik xüsusiyyəti sinfi inqilab və ya elitaların havelsayağı dəyişdirilməsi nəzəriyyəsi ilə müqayisədə ondan ibarətdir ki, hakim sinfin narazı hissəsi mərkəzdanqaçma qüvvəsi qismində inqilabi prosesə qoşulur. 2000-ci illərin əvvəllərindən başlayaraq milli-demokratlar hakim elitanın daxilindəki hansısa ziddiyyətlər üzərində parazitlik edərək təbliğati-ideoloji diversiyalara əl atırlar. Heydər Əliyevin prezidentliyi dövründə milli-demokratların “Azadlıq” qəzeti-Əli Kərimlinin əsas ruporu ictimai şüura hakim elitanın islahatçılara və mühafizəkarlara bölündüyü haqda əminliyi yeritməyə çalışırdı, bu zaman hakimiyyətdən və müxalifətdən olan islahatçıların çuğlaşması ideyasını təbliğ edirdi. Ancaq Heydər Əliyevin siyasi vərəsəlik konsepsiyasının həyata keçirilməsi və hakim komandanın monolitliyini saxlayıb möhkəmləndirən İlham Əliyevin hakimiyyətə gəlməsi hakim komandanın parlaçanmasına dair bütün proqnozları və gözləntiləri alt-üst etdi.

Sonra Kərimlinin ideoloji maşını elitanı geosiyasi əlamətlərə görə bölməyə cəhd etdi, ictimai şüuru buna inandırmağa çalışdı ki, guya hakimiyyətdə “qərbyönümlülər” və “slavyanofillər” arasında qarşıdurma yaşanır. Nəhayət eks-nazirlər Fərhad Əliyevlə Əli İnsanovun səs-küylü həbslərindən sonra hakim elitada böyük parlaçanma yaşanacağı, rəngli inqilablar nəzəriyyəçilərinin düşündüyü kimi, bu həbslərin hakimiyyətin sosial bazasını parçalayacağı haqda ümidlər yenidən özünü doğrultmadı. Azərbaycan hakimiyyətinin fərdiləşmiş xarakteri bütün sosial bazanı lider-prezident ətrafında konsolidə etdi...

Müxalifət dərk elədi ki, mərkəzdənqaçma qüvvələrinin güclənməsi baş vermədən siyasi status-kvonu dəyişmək mümkün olmayacaq. Və qarşıdurmanın bütün dövrlərində müxalifət ölkənin güc strukturlarının birinci şəxsləri arasında mürəkkəb qarşılıqlı münasibətlər haqda xəbərlərin tirajlanmasına xüsusi önəm verdi. Kərimlinin və Zahidin təbliğatçıları uzun müddət keçmiş daxili işlər naziri Ramil Usubov və Bakı polisinin rəisi Məhərrəm Əliyev arasında xalçaaltı mübarizə haqda yazdı, keçmiş müdafiə naziri Səfər Əbiyevi Baş qərargahın rəisi Nəcməddin Sadıqova qarşı qoydu, DİN və MTN arasında mübarizənin getdiyini təbliğ elədi. İnformasiya diversiyalarının müəlliflərinin başlıca vəzifəsi bundan ibarət idi-hakimiyyət arxitekturasında çatlar yaratmaq mümkün olmasa da belə çatların olduğunu göstərmək.

Diqqət yetirin, eynilə bu cür metodologiya bu gün də tətbiq edilir. Axı adama belə gəlirdi ki, müxalifət indi ölkədə həyata keçirilən, çoxdan gözlənilən siyasi, iqtisadi və sosial islahatlara dəstək verməlidir. Korrupsiya ilə mübarizə öz apogeyinə gəlib çatıb, korrupsiyalaşmış rayon başçıları əlləri qandallı ifadə verir, nazirliklərin və digər strukturların yüksək vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunur. Baş prokurorluq məmur özbaşınalığına qarşı cəza maşınını işə salıb, sözün əsl mənasında hər gün prezident İlham Əliyev radikal antikorrupsiya bəyanatları ilə çıxış edir...

Məntiqə görə müxalifət sadəcə olaraq indi hakimiyyətin hərəkətlərini dəstəkləməli və islahatları daha da dərinləşdirməyə çağırmalı idi. Amma xeyr! İnqilab ideoloqları yeni insunasiyalar dövrəyə buraxır, antikorrupsiya mübarizəsini hakimiyyətdaxili mübarizənin yeni təzahürü kimi təqdim edir. Üstəlik bunu ağılsızcasına, bərbad xırda şaiyələr və dedi-qodular səviyyəsində həyata keçirir.

Və hər şey yenə də qırmızı kvadratlarda, miskin və yöndəmsiz formatda baş verir. Diqqəti Qənimət Zahidlə Azərbaycanın Avropa İttifaqındakı keçmiş səfiri, indi “sürgündəki” müxalifət qismində çıxış edən Arif Məmmədov arasında dialoq cəlb edir. Keçmiş səfir-bu pis tribun və orator ona lazım olan sözləri tapmaq üçün xeyli əlləşir, kəkələyir və hıqqıldayır, düşüncəsi isə həmişə sözlərindən qabağa gedir. Bu günə qədər də başa düşə bilmirəm ki, bu cür savadsız və axmaq adam Azərbaycanı aparıcı Avropa institutlarında 10 il ərzində necə təmsil edib!!! Məmmədovu Qənimət Zahid də hərdən ələ salır, kinayə və laqeydliklə ona ayağı ilə stolu itələməməyi, gah notbukun ekranı ilə ehtiyatlı olmağı, gah mətbəxdə diqqəti yayındırmamağı məsləhət görür.

Açıq etiraf etsəm Zahidin hisslərini bölüşürəm, axı laqeydlik və ələ salma olmadan keçmiş səfirin axineyalarını qəbul eləmək çətin olar. Hiss olunur ki, Arif Məmmədovun hakim elitadakı qüvvələr bölgüsü və situasiya barədə heç bir informasiyası yoxdur. Ancaq xatirələr və hansısa məmurlarla 15 il əvvəlki söhbətlərdən sitatlar. Qənimət Zahid haqda isə bunu deməzsən.

Heyrətamizdir, amma Fransada, Azərbaycandan və hadisələrin mərkəzindən uzaqda ola-ola bu “sürgün” müxalifətçisi tamamilə məlumatlılıq və kompetentlik nümayiş etdirir. Sual yaranır-Qənimət Zahid bütün bunları haradan bilir? İnformasiya sızdırılması? Onun danışdıqlarının təxminlər olmadığı dəqiqdir.

General Yaşar Əliyevin DİN Baş mühafizə idarəsinin rəisi vəzifəsindən azad edilməsindən bir neçə saat əvvəl Q.Zahid yeni kadr yerdəyişmələrini anons edir. Üstəlik, mənim informasiyama görə Y.Əliyevin vəzifədən azad edilməsi barədə qərar konfidensial şəkildə qəbul edilmişdi və bu haqda ancaq səlahiyyətli şəxslərin məhdud çevrəsi bilirdi.

Vilayət Eyvazov çaxnaşma saçan bolşeviklərə qarşı sinə gərdi

Ümumiyyətlə, Q.Zahid polisə, DİN-ə və şəxsən nazir Vilayət Eyvazova qarşı həmişə xüsusi aqressiya nümayiş etdirir. Özünün V.Eyvazova qarşı aqressiv tənqidlərində və hücumlarında Q.Zahid DİN-in sistem stabilliyinn möhkəmləndirilməsindəki rolu və nüfuzu barədə anlayışları rəhbər tutur. Axı məhz indiki nazir milli demokratların oktyabr qiyamının yatırılmasında və siyasi sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayıb, bu da sistem müxalifətinin onilliklər ərzində öz-özünə çürüyüb dağılmasını şərtləndirib. Və əlbətdə ki, Q.Zahidin şəxsi motivi də var, çünki məhz DİN 2000-ci illərin ortalarında AXCP-yə və Qənimət Zahidin özünə qarşı ən sərt mövqe nümayiş etdirib.

Q.Zahid atmaca atır: “Nəyə görə antikorrupsiya həbslərini DİN yox, xüsusi xidmət orqanları aparır? Doğrudanmı prezident DİN-ə güvənmir?” Yenidən intriqa, yenidən insunasiya, Zahid bal çəlləyinə qətran qaşığı yaxınlaşır.

Belə çıxır ki, müxalifətin məqsədi sağlamlaşdırma, yenilənmə və islahatlar deyil, müstəsna olaraq hiyləgərcəsinə dedi-qodular, situasiyanı istənilən yolla və çirkin fəndlərə laxlatmaqdır. Sual olunur-nə fərqi var ki, korrupsionerləri kim həbs edir, elə deyilmi?! Başlıcası nəticədir. Lakin müxalifət ictimaiyyəti məsələnin mahiyyətinə, antikorrupsiya mübarizəsinin nəticəsinə yönləndirmir. Kadr islahatlarında olduğu kimi hakim elitanın siyasi regenerasiyasına, nəsillərin dəyişməsinə diqqəti cəlb eləmir. Zahidin və ona bənzər ideoloqların daha bir tezisi isə hakimiyyətdəki “köhnə qvardiya” ilə “gənc qvardiyaçılar” arasında mübarizə barədədir. Adama elə gəlirdi ki, 70-80 yaşlı məmurların pensiyaya yola salınması sivil dövlətlər üçün qəbul edilmiş ümumi praktika kimi qarşılanacaq. Lakin Qənimət Zahid üçün bu belə deyil.

Müxalifət yenə hakim elitada qarşıdurma illüziyası yaratmağa və antikorrupsiya həbslərinə məhz bu cür xarakter qazandırmağa çalışır. Bu düşmənçilik deyil, bəs nədir? Hərçənd biz nə haqda danışırıq? Axı trotskisayağı saqqallı neobolşevik-həmin Qənimət Zahid müxalifətin planları haqda açıq danışır-istər koronarejim və ya neftin uzuclaşması hesabına olsun, istər başqa vasitə ilə, məqsəd Azərbaycanda istənilən yolla çaxnaşma yaratmaqdır. Zahid və Kərimli öz qənaətlərində həmrəydir-ancaq çaxnaşmalar milli demokratların hakimiyyətə yolunu aça bilər. Lakin bu qondarma “milli demokratların” qarşısında hələ həlledilməyən vəzifə dayanır-öz institutlarını virtual aləmdən canlı və real aləmə keçirmək. Lakin necə? Bax məsələ bundadır.

Xəbərlər