244
Aktual 8 aprel — 17:36

Hikmət Hacıyev: 15 mindən çox Azərbaycan vətəndaşı xaricdən təxliyə edildi

Xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub.

Virtualaz.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, aprelin 20-dək Azərbaycana hava yolları və quru yollarla giriş-çıxış dayandırılıb. Bu, yükdaşımalara şamil edilmir, daxili yoluxma hallarına diqqəti yönəltmək üçündür. Həmçinin karantin məqsədləri üçün ayrılmış karantin yerləri ilə bağlı məsələni tənzimləməkdən ötrüdür. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alınıb. Hacıyev əlavə edib ki, xaricdəki diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızla təmasdadırlar. Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir.

Virtualaz.org

Xəbərlər