1080
Aktual 30 mart — 15:46

Daxili Qoşunların hərbi qulluqçuları Bakıda polislə birgə xidmətə cəlb edildi

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

O, qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir: "Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".

Xəbərlər