563
Aktual 26 mart — 21:28

Türkiyədə keçmiş millət vəkilinin 33 yaşlı qardaşı qızı koronavirusdan öldü

Türkiyənin CHP-dən olan keçmiş millət vəkilinin qardaşı qızı koronavirusa yoluxaraq vəfat edib. 

Virtualaz.org xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Bu, Amasya bölgəsindən millət vəkili olmuş Ramiz Topalın 33 yaşlı qardaşı qızı Dilek Tahtalıdır. İstanbulun Acıbadem Xəstəxanasında çalışan D. Tahtalının martın 10-da koronavirusa yoluxduğu, müalicə aldığı Bakırköy Dr. Sadi Xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, 12 gün ərzində karantində saxlanılan qızın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxana martın 23-də ölüm səbəbilə bağlı açıqlamada xəstənin koronavirusdan (COVİD-19) vəfat etdiyi qeyd olunur. Tahtalının ailəsinin virusla bağlı analiz nəticələri isə neqativ çıxıb.

Mərhumun Amasyanın Beden köyündə bu gün dəfn ediləcəyi bildirilir. D. Tahtalının ölümü ilə bağlı İstanbul Beden Köylülər Sosial Yardımlaşma Dərnəyi sosial şəbəkədə paylaşım edərək ailəsinə və yaxınlarına baş sağlığı verib. D. Tahtalının ailənin yeganə qızı olduğu bildirilir.

Xatırladaq ki, ən son məlumatlara görə, Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayı 59 nəfərə çatıb. Son gün ərzində 15 koronaviruslu xəstənin öldüyünü və 5035 şübhəlinin koronavirus testindən keçdiyini qeyd edib. Testdən keçənlərin 561-nin cavabı pozitiv çıxıb. Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər