3441
Aktual 21 mart — 23:48

Ramiz Mehdiyevə qarşı təxribat

“Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bildirilir.

AZƏRTAC-a daxil olan açıqlamada deyilir ki, profil saxta olduğu üçün orada edilən paylaşımlar, o cümlədən Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə edilən çağırışlar da həqiqəti əks etdirmir.

“Qeyd edilənlərin uydurma olduğunu şəbəkə istifadəçilərinin, həmçinin bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq”, - deyə açıqlamada vurğulanır.

Xəbərlər