1589
Aktual 27 fevral — 23:46

Kəmaləddin Heydərov məxfi sənədlərə çıxış imkanı əldə etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” müvafiq fərmanda dəyişiklik edib.

Virtualaz.org AzərTAc-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Fövqəladə Hallar naziri idarələrarası komissiyanın tərkibinə daxil edilib.

Qeyd edək ki, Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Virtualaz.org

Xəbərlər