1764
Aktual 27 fevral — 17:57

İranın vitse-prezidenti də koronavirusa yoluxdu, Vatikandakı keçmiş səfiri öldü

İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub. Məlumatı rəsmi İRNA agentliyi yayıb. Onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb. M.Ebterkar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

"Xanım Ebtekarda virusa yoluxma ilə bağlı bəzi əlamətlər müşahidə edilib və onun koronavirusa yoluxma şübhəsi ilə analizlər aparılıb, nəticələr müsbətdir",-məlumatda deyilir.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki millət vəkili də koronavirus daşıyıcısıdır. Bu arada İran mənbələri ölkənin Vatikandakı keçmiş səfiri olmuş Hadi Xosrovşahinin də koronavirusa yoluxduğunu, onun xəstəlikdən öldüyünü açıqlayıb.  “Iran International” telekanalına istinadən xəbər verir ki, o, virusun tüğyan etdiyi Qum şəhərində xəstəxanalardan birində keçinib.

Hadi Xosrovşahi

İranda virusa yoluxanlar durmadan artıq və son bir sutka ərzində 100-dən çox yeni yoluxma halı təsdiqlənib. O cümlədən Tehran və Gilanda yoluxanların sayı artır. Əslində İranda yoluxanların sayının minlərlə olduğu təxmin edilir, çünki hakimiyyət ölkədə virusun yayıldığını xeyli gec etiraf edib və real vəziyyəti gizlətməyə çalışıb.

Virtualaz.org

Xəbərlər