410
Aktual 24 fevral — 01:21

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 700 nəfəri ötdü

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda belə deyilir.

Məlumata görə, son gün ərzində Çindən xaricdə - dünyanın ayrı-ayrı ölkələrində virusa yoluxma ilə bağlı təsdiq edilmiş hadisələrin sayı 367-yə qədər artıb. Çin istisna olmaqla, virusa yoluxma daha 28 ölkədə qeydə alınıb. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 17-dir. COVID-19-dan bir gün ərzində 6 nəfər ölüb.

Çindəki vəziyyətə gəlincə, “Report” son məlumatlara əsasən bildirir ki, ölkədə 2 445 nəfər koronavirusun qurbanı olub, daha 77 042 virusa yoluxub. Xəstəlikdən 22,8 mindən çox insan sağalıb.

Xəbərlər