963
Aktual 23 fevral — 21:16

Paşinyan İranla sərhədi bağladı

Ermənistan koronavirus səbəbindən iki həftəliyə İranla quru sərhədi bağlayacaq və bu ölkə ilə hava əlaqəsini dayandıracaq.

Virtualaz.org bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində məlumat verib.

"Dövlət sərhədi haqqında "qanunun 16-cı maddəsinə əsasən, hansı ki, epidemiya baş verdiyi təqdirdə sərhədyanı nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılmasını nəzərdə tutur, hökumət 2 həftə müddətinə hərəkətin dayandırması barədə fövqəladə qərar qəbul edəcək", - deyə Paşinyan bildirib.

Bundan əlavə, fevralın 24-də səhər saatlarında koronavirusun yayılmasının qarşısını almaq üçün komissiyanın iclası keçiriləcək. Orada vəziyyətlə bağlı növbəti addımlar, mümkün ssenarilər nəzərdən keçiriləcək. Komissiya yanvarın 31-dən fəaliyyət göstərir.

"Hər halda vurğulamağı lazımlı hesab edirəm ki, təlaş üçün heç bir əsas yoxdur. Belə hərəkətlər təhlükəlidir",-baş nazir yazıb.

Qeyd edək ki, İranla sərhədi bağlayan ilk ölkə İraq olub. Bu gün məlum oldu ki, Türkiyə də İslam Respublikası ilə sərhədi bağlayıb. Artıq qonşu Gürcüstan da İranla hava əlaqələrini dayandırıb.

Virtualaz.org

Xəbərlər