1184
Aktual 23 fevral — 15:30

Zaporojyedə kriminal avtoritet “Sarvan” öldürüldü

Ukraynanın Zaporojye vilayətində “Sarvan” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.

“Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”,-yerli polis bildirir.

Xəbərə görə öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet “Qriqori” ilə sıx ünsiyyət saxlayıb. “Sarvan”ın habelə vətəni Azərbaycanda da “vor zakon”larla əlaqələri olub.

Virtualaz.org

Xəbərlər