1745
Aktual 19 fevral — 22:38

Fransa polisi keçmiş rektor Elşad Abdullayevin işini araşdırır

Fransada siyasi mühacir statusu almış Bakı Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN)) tərəfindən təhqiqat başlayıb. S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında dərc edilmiş materiallardan sonra açılıb. Bu barədə xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev verib. (“Turan”)

Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, [email protected] ünvanına məlumat vermələrini xahiş edir.

Xatırladaq ki, Elşad Abdullayev Azərbaycan Baş Prokurorluğu tərəfindən insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. Azərbaycan Baş Prokurorluğunun məlumatında donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına qədərki dövrdən gedir.

Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib.

Xəbərlər