5223
Aktual 17 fevral — 15:31

Türkiyə hərbi konvoyunu Rusiya təyyarəsi vurub?

Suriyanın şimalındakı İdlib vilayətində fevralın 3-də Türkiyə ordusunun hərbi konvoyuna zərbə endirən Əsəd qüvvələri deyil, həmin vaxt region üzərində uçuşlar keçirən Rusiya təyyarəsidir. Virtualaz.org xəbər verir ki, belə sensasion məlumatı Türkiyənin hakimiyyətyönümlü “Yeni Akit” qəzeti Silahlı Qüvvələrdəki mənbələrə istinadən yayıb.

Həmin hücum zamanı azı 5 Türkiyə hərbçisi həlak olub, bir neçə hərbi texnika sıradan çıxarılıb. 13 hərbçi yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən hərbi konvoya zərbə yürüş halında olarkən endirilib. Mənbə qəzetə deyib ki, aparılmış bütün texniki proseduralar və araşdırmalar hücumun Rusiya təyyarəsi tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Bildirilir ki, hücumun Rusiya təyyarəsi tərəfindən həyata keçirildiyini zirehli texnikanın və onları daşıyan qoşquların güclü zədə alması, habelə regionda yerləşdirilmiş radardan alınan məlumatlar da təsdiqləyir. “İndiki konyunkturada hücumu rusların həyata keçirdiyini elan etmək strateji olaraq düzgün olmazdı, ona görə də günahkar olaraq Suriya rejimi elan edilib”,-qəzet yazır.

Mənbə iddia edir ki, Türkiyə tərəfi hadisədən sonra Rusiya ilə əlaqə saxlayıb və qərara alınıb ki, məsələ diqqətlə araşdırılsın. Və aparılmış araşdırma hücumun Rusiya təyyərsindən edildiyini təsdiqləyən ciddi faktlar aşkarlanıb.

Hücumdan sonra prezident Ərdoğan qəzəbli bəyanat verib. “Açıq deyirəm ki,əsgərlərimizin qanının axdığı yerdə kimliyindən asılı olmayaraq heç kim özünü təhlükəsiz şəraitdə hiss edə bilməyəcək”,-o deyib. Mənbə bildirib ki, bu bəyanat Rusiyaya ünvanlanmış ultimatum idi.

Hərbi qaynaq habelə Rusiya KİV-lərində bu günlərdə dərc edilmiş və pilotsuz təyyarədən çəkilmiş görüntüləri də şərh edib. Həmin kadrlarda Rusiya hərbi konvoyu görünür. “Pilotsuz təyyarədən çəkilmiş kadrlarda bizim hərbi konvoyun tərkibindəki texnika bir-birinin ardınca hədəf kimi göstərilir və nişan alınır. Yəni ruslar demək istəyir ki, istəsək sizin konvoya istənilən an hücum edə bilərik”,-mənbə deyib.

 

Xatırladaq ki, fevralın 3-də Türkiyə ordusuna edilmiş hücumun ardınca Rusiyanın Ankaradakı səfiri ölüm təhdidləri alır. Sosial şəbəkələrdə yazırlar ki, türklərin qisası amansız olacaq və öldürülmüş rus əsgərlərinin kəllələrindən qala ucalacaq.

Virtualaz.org

Xəbərlər