1298
Aktual 14 fevral — 16:23

ATƏT başqalarına dərs keçir, özü isə kiçik tənqidə dözmür...

Redaksiyadan

Mərkəzi Seçki Komissiyası fevralın 13-də keçirilən iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralın 9-da keçirilmiş parlament seçkilərini müşahidə edən missiyasının bir üzvünün, xanım Aygün Attarın akkreditasiyasını ləğv etdi.

Bu prosedurun təşəbbüskarı isə maraqlıdır ki, DTİHB özü idi, təşkilatın Azərbaycandakı seçkiləri müşahidə missiyasının rəhbəri Piter Teylor xanım Attarın akkreditasiyasının ləğv edilməsi üçün müraciət etmişdi. Razılaşın ki, situasiya kifayət qədər qeyri-adidir: Azərbaycan seçkilərinin Avropa standartlarına uyğunluğuna nəzarət edən təşkilat öz komandasının üzvünün müşahidəçi statusunun ləğvini istəyir.

Əlbətdə, ilk sual cənab Teylorun özünə ünvanlanmalıdır: siz özününüzün “ATƏT-in polis komandası” heyətinizi necə müəyyənləşdirirsiniz ki, sonradan seçkilərini izləməyə gəldiyiniz ölkənin Mərkəzi Seçki Komissiyasından komandanızın bir üzvünün səlahiyyətlərini ləğv etməyi istəyirsiniz? Və bir halda ki, siz öz komandanızın daxilində qayda yarada bilmirsiniz, o zaman sizin digər ölkələrdəki seçkilər haqda qiymətləndirmələrinizə diqqət yetirməyə dəyərmi?

Yeri gəlmişkən, cənab Teylora münasibətdə həddən artıq ciddi olmağa dəyməz, insanlar hərdən qəfil xarakterlərini dəyişirlər, ağlasığmaz hərəkətlər edirlər, hər cür adam olur, bəzən kiminsə haqda bir cür düşünürsən, amma məlum olur ki, o tamam ayrı cür adam imiş.

Ona görə də başlıca intriqa bundan ibarət deyil ki, o Azərbaycan MSK-ya öz komandasının üzvlərindən birinin “ATƏT polisi” adına layiq olmadığı haqda müraciət göndərib. Məsələ Aygün Attarın bir saatın içində fəxri müşahidəçidən, ən müxtəlif tribunalardan söz verilən və qarşısında bütün yolların açıq olduğu birindən “üzdənirağa” çevrilməsinin səbəbidir.

Və biz burada hansısa qəribə, qeyri-təbii halla qarşılaşırıq. Hansı ki, bunu “seçkin demokratiya”, birtərəfli obyektivlik, daha sadə və dəqiq desək-ikili standartlar adlandırmaq olar.

Beləliklə, DTİHB missiyası çərçivəsində fevralın 3-də Azərbaycana gələn Aygün Attar buna diqqət yetirib ki, onun komanda yoldaşları Milli Məclisə qarşıdakı seçkilərə dair kifayət qədər qərəzli əhval-ruhiyyədədirlər. Bundan əlavə, onlar əvvəlcədən özləri üçün müəyyən ediblər ki, səsvermə günündə çoxsaylı pozuntularla qarşılaşacaqlar. Bir sözlə, hər şey əvvəllər olduğu kimi görünürdü, xatırlatmaq kifayətdir ki, “ATƏT polisi” ənənəvi olaraq indiyədək Azərbaycanda keçirilmiş istənilən seçkiləri sərt tənqid edirdi. Və deyirdi: “Seçki prosesi ATƏT standartlarına və Azərbaycanın götürdüyü öhdəliklərə uyğun olmayıb”.

Aygün Attarda isə bu qərəzli əhval və əvvəlcədən formalaşdırılmış neqativ münasibət ciddi narahatlıq doğururdu, o narahat idi ki, DTİHB müşahidəçiləri seçkilərin qiymətləndirilməsində obyektiv olmayacaqlar. Xatırladaq ki, xanım Attar tarixçidir, üstəlik adi tarixçi deyil, bir sıra geni sitatlar gətirilən elmi işlərin  müəllifi və Oksford universitetinin prestijli Sokrat mükafatının laureatıdır, peşəkar dairələrdə bu mükafat Nobel mükafatına bərabər tutulur. Bəyəm o bilmirdi ki, əvvəlcədən formalaşmış qərəzli və qeyri-obyektiv mövqe öz əksini sənədlərdə və bəyanatlarda necə tapacaq?

Beləliklə, Aygün Attar öz narahatlıqlarını sosial şəbəkələrdə bölüşdü və üstəlik qeyd etmək lazımdır ki, kifayət qədər korrekt ifadələrdən, qalmaqaldan və dramatikləşmədən uzaq ifadələrdən istifadə etdi. Təkcə onu bildirdi ki, “qərəzli yanaşma obyektivliyə zərbə vurur”.

Və artıq fevralın 11-də, seçkilərdən iki gün sonra o eşitdi ki, DTİHB missiyasının rəhbəri onun beynəlxalq müşahidəçi statusunu ləğv etmək istəyir. İşində uğurlara görə? Yox, məhz şəxsi mövqeyini ifadə etdiyinə, tarixçi-alim statusunda Avropadan gələn “polis komandasına” tənqidi yanaşdığına görə.

Bəs hələ də kimlərsə soruşurmu ki, jurnalistlərin ATƏT DTİHB haqda dövriyyəyə buraxdığı “seçki polisi” ifadəsi cənab Piter Teylorun niyə xoşuna gəlmir? Məncə, əksinə, cənab bu ifadədən bərk xoşlanır və hətta özünün müşahidəçilər komandasında polisin və xüsusi xidmət orqanlarının korporativ etikasını tətbiq edir-vahid fikir, subordinasiya və müşahidəçi statusunda “təmsil edilmək şərəfinə” nail olduğu struktura maksimal loyallıq.

Həmin strukturun başqa ölkənin ünvanına tənqidləri, mentor tonu və “sizdə demokratiya bax belə olmalıdır” qismində tərbiyəvi leksikonu nə qədər istəsən işlətmək olar, istər lap gündə bir neçə dəfə. Amma strukturun özünə tənqid, lap ehtiyatla da olsa, heç bir halda ola bilməz və onun sıralarından qovulmaqla, daha sonrası isə publik danlaqla nəticələnər.

Daha artığını deyək-ATƏT və onun strukturları yerli müxalifətlə oyun oynamağı sevir, istər Azərbaycan müxalifəti olsun, istər hansısa başqa ölkədə. Və onu hakimiyyətə qarşı etiraza incə şəkildə yönləndirir-“demokratik prosesin stimullaşdırılması və rəqabətli siyasi mübarizənn aktuallaşması üçün”. Yox, bu heç bir halda mitinqlərə  və itaətsizlik aksiyalarına çağırış formasında olmur, hər halda Avropadır, hər halda XXI əsrdir. Narazılara eyham vurmaq bəs edir-belələri isə istənilən ölkədə istənilən seçkidən sonra nə qədər istəsən tapılır. Onlara eyham vurulur ki, gedin öz narazılığınızı MSK binası qarşısında ifadə edin.

Qətiyyən qanunsuz deyil, ATƏT-in Bakı ofisinin də burada heç bir rolu yoxdur, narazı namizədlər özləri ora gediblər. Biz isə burada, DTİHB onlara ancaq “mənəvi dəstək” veririk.

Bir sözlə, başda ayağa ikili standartlardır və müşahidəçilər missiyasının məqsədinin , ümumən isə ATƏT-in təmsilçilik mandatının həddən artıq geniş təqdim olunmasıdır. Aygün Attarın məsələsi onu göstərir ki, “demokratiyanın davamçılarının və müdafiəçilərinin” məqsədi heç də bəyan etdikləri kimi deyil. Onların hansısa başqa məqsədləri var və bunu adi gözlə də görmək çətin deyil.

Virtualaz.org

Xəbərlər