5062
Aktual 13 fevral — 17:40

MSK-nın qərarı: Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qələbəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 74 saylı birinci Xətai seçki dairəsində seçkilərdə iştirak edən namizədlərin müraciətlərinə baxıb.

Qeyd edək ki, ilkin nəticələrə görə həmin dairədə Hüseynbala Mirələmov qalib gəlib.

Namizədlərin bu dairədəki qanun pozuntuları ilə bağlı şikayətləri təmin olunub və nəticələr ləğv edilib. MSK-nın bəyanatında bildirilir ki, 21 məntəqədəki səsvermə nəticələri etibarlı sayıla bilməz.

*   *   *17:30

Mərkəzi Seçki Komissiyası 74 saylı Lənkəran seçki dairəsində seçkilərdə iştirak edən namizədlərin müraciətlərinə baxıb.

Qeyd edək ki, ilkin nəticələrə görə həmin dairədə Hadi Rəcəbli qalib gəlib.

Namizədlərin bu dairədəki qanun pozuntuları ilə bağlı şikayətləri təmin olunub və nəticələr ləğv edilib. MSK-nın bəyanatında 27 məntəqədəki səsvermənin nəticələrinin etibarlı hesab edilmədiyi qeyd olunub.

*   *   *17:15

Mərkəzi Seçki Komissiyası 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərdə iştirak edən namizədlərin müraciətlərinə baxıb.

Qeyd edək ki, ilkin nəticələrə görə həmin dairədə Rauf Arifoğlu qalib gəlib.

Namizədlərin bu dairədəki qanun pozuntuları ilə bağlı şikayətləri təmin olunub və nəticələr ləğv edilib.

*   *   *16:51

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilib.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

*   *   *16:27

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

Məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyası ləğv edilsin.

Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Hazırda MSK-nın iclası davam edir.

*   *   *16:08

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayır.

İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər müzakirə olunacaq.

İclasda həmçinin ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.

*   *   *15:57

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayır.

Virtualaz.org xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılacaq.

Xəbərlər