3775
Aktual 13 fevral — 14:00

Qalib Rauf Arifoğlu parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı çağırış edib.

Xatırladaq ki, bundan əvvəl MSK səslərin ilkin nəticələrinə istinad edərək Rauf Arifoğlunu bu dairədə qalib elan etmişdi. Onun əsas rəqibi, “Ümid” Partiyasının sədri İqbal Ağazadə nəticələrlə razılaşmayıb, ümumi saxtalaşdırmanın aparıldığını bildirmişdi.

İqbal Ağazadə ən azı 22 seçki məntəqəsində qalib gəldiyinə dair sübutlarının olduğunu söyləyərək ölkə prezidentinə, baş prokurora və MSK-ya müraciət edib.

Bu gün Rauf Arifoğlu “Facebook” səhifəsindən MSK-nı dairədəki səsvermənin nəticələrini ləğv etməyə və yenidən seçki keçirməyə çağırıb.

Xəbərlər