4882
Aktual 10 fevral — 15:22

Hadı Rəcəbli də qalib elan olundu

Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.

Virtualaz.org bildirir ki, MSK-nın saytında yerləşdirilmiş məlumatda belə deyilir.

Məlumata əsasən, 74 saylı Lənkəran kənd seçki dairəsindən Rəcəbli Hadı Musa oğlu qalib elan edilib.

Onun 53,1 faiz səs topladığı bildirilir.

*   *   *11:35

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilə bilər.

MSK sədri qeyd edib ki, ola bilsin ki, bu müraciətlərin əsası yoxdur:

"Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Qeyd edək ki, MSK-nın ilkin nəticələrinə görə, bu dairədən Hadı Rəcəbli 9 min 594 səs (53,1 faiz) toplayıb.(Demokrat.az)

Xəbərlər