661
Aktual 29 yanvar — 11:28

"13 gün mənə çölə çıxmağa icazə yoxdur..."

Çinin Wuhan şəhərində təhsil alan Aqil Əliyev hazırda Pekin şəhərində, bir oteldə qalmağa məcbur edilir.

O, Pekinə koronavirusa görə karantin elan olunmuş və giriş-çıxışın məhdudlaşdırıldığı Wuhan şəhərindən hadisələr kəskinləşməzdən əvvəl gəlib və sonra ora qayıda bilməyib.

Hazırda bir müddətlik otel otağında qalmağa məcbur olub.

Buna səbəb isə onun təbirincə, Wuhan şəhərindən gəlməsidir.

"Dedilər ki, yeməklə təmin edəcəklər, amma elə bir şey olmadı", o, otel otağından BBC News Azərbaycancaya verdiyi müsahibəsində deyir.

Oteldə ona maskalar və termometr verilib. O gündə üç dəfə temperaturu barədə otel işçilərini məlumatdırdığını qeyd edir.

Təxliyə xəbərlərinə gəldikdə isə, Aqil Əliyevin sözlərinə görə, belə "şaiyələr" yayılsa da və danışıqlar aparılsa da, "şəhərə giriş-çıxış tam bağlandığından heç bir ölkənin iradəsilə ora girmək və ya kimisə çıxarmaq demək olar ki, qeyri-mümkündür".

Xəbərlər