681
Aktual 28 yanvar — 21:53

Rusiyada deputat və həyat yoldaşı öldürüldü

Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşeva öldürülüblər.

TASS xəbər verir ki, onların meyitləri evlərində tapılıb.

Meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub. “İnterfaks” isə onların güllələndiyi barədə xəbər yayıb.

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

Hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Xatırladaq ki, “Vahid Rusiya” partiyasının üzvü Alabuşev Qanunverici Məclisdə Təhsil, Elm, Mədəniyyət və İnformasiya Siyasəti, həmçinin Aqrar Siyasət, Ətraf Mühitin İdarə Edilməsi, Torpaq Münasibətləri və Kazaklar məsələsi üzrə komitələrin üzvü idi.

Xəbərlər