343
Aktual 27 yanvar — 18:58

Məzahir Pənahov seçicilərin ələ alınması cəhdləri haqda

30 saylı Suraxanı seçki dairəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) ciddi şikayətlər daxil olub.

“Report” xəbər verir ki, bunu Komissiyanın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, seçicilərin hansısa yolla ələ alınması yolverilməzdir: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Seçicilərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

Xəbərlər