727
Aktual 25 yanvar — 01:57

Əlvida, Avropa İttifaqı...

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişi imzalayıb.

Bu barədə RİA Novosti xəbər yayıb.

“Sazişin imzalanması, 2016-cı il referendumunun nəticəsinin yerinə yetirilməsi və uzun illər davam edən mübahisələrin və fikir ayrılıqlarının sona çatmasının göstəricisidir. Nəhayət, Avropa İttifaqı ilə dostluq və bərabərliyə əsaslanan güclü, yeni əlaqələr quraraq daha yaxşı sosial xidmətlər, daha böyük imkanlar və möhtəşəm Birləşmiş Krallığımızın hər küncünün potensialını inkişaf etdirməyə yönələn bir hökumətlə ölkəmizi irəliləyə apara bilərik”,-deyə B.Conson bildirib.

Tədbirdə sənədi Brüsseldən gətirən Aİ və İngiltərə Xarici İşlər Nazirliyinin nümayəndələri, eyni zamanda Böyük Britaniyanın “Brexit”ə dair xüsusi elçisi David Frost iştirak ediblər.

Virtualaz.org xatırladır ki, Böyük Britaniya kraliçası II Yelizaveta yanvarın 23-də “Brexit” sazişini təsdiqləyib.

Yanvarın 29-da saziş Avropa Parlamentində müzakirəyə çıxarılacaq.

Böyük Britaniya 27 üzvü olan bloku isə yanvarın 31-də saat 23:00-da rəsmi olaraq tərk edəcək.

Xəbərlər