743
Aktual 21 yanvar — 01:46

Kadırov atasının kadrlarından ibarət Məşvərət Şurası yaratdı

Çeçenistan rəhbəri Ramzan Kadırov atası, ölkənin ilk rəhbəri Əhməd Kadırovun komandasından olan veteranlardan ibarət Məşvərət Şurası yaradıb.

Virtuala.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublika rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ramzan Kadırovun rəhbərlik etdiyi qurum daimi fəaliyyət göstərəcək: “Respublikanın başçısı onların zəngin təcrübə və biliklərini ölkənin gələcək inkişafına yönəltməyi qərara aldı. Şuranın vəzifələri respublikanın sosial-iqtisadi və ictimai-siyasi inkişafı, yerli icra orqanlarının səlahiyyətlərinin səmərəli həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələr hazırlamaqdan ibarətdir”.

Xəbərlər