2975
Aktual 17 yanvar — 23:43

Deyəsən Kutoyan intihar etməyib, öldürüblər...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, 38 yaşlı Georgi Kutoyanın meyiti onun öz mənzilində deyil, qaynatası Tatul Bişaryanın mənzilində tapılıb. Bu haqda Ermənistan KİV-ləri hadisə yerindən bildirir.

Məlumata görə Kutoyanın meyitini onun arvadı evə gələndə aşkarlayıb. İstintaq Komitəsinin rəsmisi Artur Melikyan jurnalistlərə bildirib ki, Kutoyan gicgahından dəyən güllə ilə ölüb. Lakin otaqda çoxsaylı güllələr və boş gilizlər, habelə divarda güllə izləri aşkar edilib. “Hadisə yerində “Glock” markalı tapança aşkar edilib, həmin tapançanı o Milli Təhlükəsizlik Xidmətində işləyəndə mükafat olaraq almışdı. Ekspertiza otaqda tapılmış sursatların həmin tapançaya aid olub-olmadığını araşdıracaq”,-o deyib.

Kutoyanın ölümü ilə bağlı əsas versiya intihardır, lakin keçmiş xüsusi xidmət orqanı direktorunun qətlə yetirildiyi də istisna edilmir.

*   *   *16:37

Ermənistanın “Qraparak” qəzeti yazır ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın meyitinin yanında onun şəxsi tapançası və boş konyak şüşəsi tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, tapançadan Kutoyanın ağzına atəş açılıb. Hazırda əsas versiya intihardır.

Qəzet yazır ki, Kutoyan son vaxtlar üzgün vəziyyətdə olub, özünə yer tapa bilmirmiş. Amma keçmiş xüsusi xidmət direktorunun belə vəziyyətə düşməsinin səbəbləri göstərilmir. Kutoyan ailəli olub, onun 4 yaşlı oğlu qalıb.

*   *   *15:31

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın meyiti Yerevanın Pruyur Sevak küçəsindəki binadakı mənzillərdən birində aşkar edilib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Kutoyan güllə yarasından ölüb. Hadisə yerində İstintaq Komitəsi sədrinin müavini Artur Melikyan və digər əməliyyatçılar işləyir. Bəzi KİV-lər Kutoyanın intihar etdiyini bildirir.

Georgi Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Onu həmin postda “məxməri inqilabdan” sonra Artur Vanetsyan əvəzləmişdi.

Xəbər yenilənəcək.

Virtualaz.org

Xəbərlər