438
Aktual 17 yanvar — 01:18

Senat Trampın impiçmenti üzrə ittihamların müzakirəsinə başladı

ABŞ Prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb.

Artıq ölkənin Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar Prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.

Bununla da Nümayəndələr Palatasının Prezidentin əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilib.

Qeyd olunub ki, senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, C. Roberts isə hakim qismində iştirak edəcək. Yekun qərarı senatorlar verəcəklər.

**23:41(16.01.2020)

ABŞ Senatı Prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayıb.

“The Hill” nəşri xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Bundan başqa senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

“Report” xatırladır ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.

Xəbərlər