430
Aktual 14 yanvar — 23:28

Bağdaddakı Amerika bazasına daha bir raket zərbəsi endirildi

ABŞ-ın İraqdakı Ət-Təci bazası raket atəşinə tutulub.

Bu barədə “Al-Hadat” telekanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ hərbçilərinin olduğu bu baza İraqın şimalındadır.

Atəş nəticəsində ölənlər və ya yaralananların olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, bu, ABŞ hərbçilərinin atəşə məruz qaldığı növbəti bazadır. Bazar günü İraqdakı “Balad” bazası da atəşə tutulmuşdu.

Xəbərlər