1128
Aktual 14 yanvar — 11:41

Vilayət Eyvazov rüşvət alan yol polisini daxili işlər orqanlarından qovdu

Sosial şəbəkələrdə yük avtomobillərindən rüşvət alması barədə videosu yayılan yol polisi işdən azad olunub.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

İdarə rəsmisi bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Kadrlara əsasən, V. Mehdiyev yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə hər maşına görə 10 manat tələb edir.

Xəbərlər