1310
Aktual 14 dekabr — 18:50

Hər dəfə saatlarla davam edən Qarabağ söhbətləri

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada dekabrın əvvəllərində baş tutmuş növbəti görüşündən sonra “masanın üstündəki sənəd” barədə yenidən polemika yaranıb. Elmar Məmmədyarov 3.5 saata yaxın davam edən həmin görüşdən sonra verdiyi müsahibədə deyib ki, danışıqlar “Lavrov planı” kimi qəbul edilən sənəd əsasında aparılıb.

Azərbaycan xarici işlər nazirinin dediyinə əsasən, “Lavrov planı” əslində “Madrid prinsipləri”inə əsaslanır, iki il əvvəl xarici işlər nazirlərinin Moskva danışıqlarında işlənib hazırlanıb. Və sənəd münaqişənin “mərhələləi həllini” nəzərdə tutur-birinci mərhələdə işğal edilmiş rayonlar azad ediməli (neçə rayon barədə söhbət getdiyini dəqiqləşdirməyib), kommunikasiyalar bərpa olunmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Dağlıq Qarabağın yekun statusu isə,  nazirin danışdıqlarınının məntiqinə əsasən, sonrakı mərhələyə qalır.

E.Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla münaqişənin nizamlanmasına dair “konkret və real məqamların müzakirə olunduğunu, söhbətin sərt keçdiyini” də bildirib.

Yekun statusun hansı formada müəyyən ediləcəyini isə belə görünür ki, həmin “Madrid prinsipləri”ində axtarmaq lazım gəlir. Orada statusun səsvermə, yaxud referendumla müəyyən edilməli olduğu göstərilirdi.

Amma Ermənistan tərəfi “masanın üstündəki sənəd” barədə Bakıdan səslənən bəyanatları yenə təkzib edib. Rəsmi Yerevan israr edir ki, danışıqlar hər hansı sənəd üzərində aparılmır, yəni tərəflər hələlik nizamlamanın konturlarını şifahi müzakirə edirlər. Və heç bir “Lavrov planı” mövcud deyil.

“Biz bunu dəfələrlə qeyd etmişik, burası aydındır ki, heç bir sənəd müzakirə olunmur. O ki qaldı Məmmədyarov nə deyib, bu haqda düşünmək istəməzdim ki, onların tərəfindən hansısa texniki səhv olub. Ona görə aydın deyil ki, Məmmədyarov nə deyir”,-Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

“Masanın üstündək sənəd” barədə belə ziddiyətli bəyanatlar artıq neçə vaxtdır ki, davam edir. Hər dəfə rəsmi Bakı müzakirələrin konkret sənəd üzərində getdiyini bəyan edir, amma erməni tərəfi heç bir sənədin olmadığını israrla bildirir. O zaman sual yaranır: Məmmədyarovla Mnatsakanyan hər dəfə saatlarla nə haqda danışırlar? Şifahi müzakirələrə saatlarla vaxt ayırmağa dəyərdimi?

Əlbətdə, erməni tərəfinin bu təqdimatı qeyri-ciddi görünür. Nazirlər Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra dəfələrlə görüşüblər, hər dəfə onların söhbəti bir neçə saat çəkib. Əgər müzakirələr sənəd üzərində getməsəydi bu o demək olardı ki, Məmmədyarovla Mnatsakanyan sadəcə olaraq bir neşə saat “ordan-burdan” danışıblar və yenidən görüşmək barədə anlaşaraq ayrılıblar.

Masanın üstündə isə sənəd var, özü də illərdir var, amma həmin sənəd münaqişənin nizamlanmasına dair ümumi konturları nəzərdə tutur. Əvvəlcə “Madrid prinsipləri” formasında illərlə müzakirə olundu və ortaya heç bir nəticə çıxmadı. Daha sonra Rusiya xarici işlər naziri ona hansısa redaktələr edib və sənəd bu dəfə “Lavrov planı” kimi tanınıb. Və “Lavrov planı”nın mövcud olduğu, masa üzərinə qoyulduğu və müzakirələrin həmin sənəd üzrə getdiyi haqda təkcə Bakıda yox, Moskvada da dəfələrlə deyiblər. Erməni tərəfi isə israrla bunu təkzib eir. Və bunun yeganə səbəbi belə görünür, Nikol Paşinyanın Qarabağa dair ziddiyətli, bir-birini təkzib edən bəyanatları, onun münaqişəyə dair dəqiq formalaşmış mövqeyinin olmaması ilə bağlıdır. Əgər masanın üzərində sənəd olduğu təsdiqlənərsə deməli Paşinyan və onun naziri ermə ni ictimaiyyətinə izah verməyə məcbur olacaq: bu sənəd əvvəlki hakimiyyətin dövründə rədd edilən “Madrid prinsiplərindən” nə ilə fərqlənir?

F.Məmmədov

Virtualaz.org

Xəbərlər