373
Aktual 7 dekabr — 16:06

"Müsavat" parlament seçkilərində iştirak edəcək

Müsavat Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

Bu barədə bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyasında müzakirələr keçirilib. Məclis Partiyanın seçkilərdə iştirakına qərar verib.

Qeyd edək ki, MSK növbədənkənar parlament seçkiləri prosesinə başlayıb.

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Xəbərlər