1340
Aktual 21 noyabr — 18:52

Milli Məclis yeni ombudsman seçəcək

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə komitə üzvü Tahir Kərimli məlumat verib.

Deputat bildirib ki, üç xanımın namizədliyi irəli sürülüb. Həmin namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini Kəmalə Abıyevadır.

Ombudsmanlığa digər namizəd Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Digər namizəd isə Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Səbinə Əliyevadır.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Səbinə Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır.

Xəbərlər