588
Aktual 15 noyabr — 19:00

Yerevanda Rusiya səfirliyi mühasirəyə alındı: deputat Vinoqradovu hədələyirlər

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək, Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.

Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.

Etirazın təşəbbüskarlarından biri ekstremist "Sasna tsrer" təşkilatının yaraqlılarıdır.

Eyni vaxtda Armavirdə yaşayan ermənilər isə nasist ortağı Garegin Njdenin xatirə lövhəsini rəngə boyayan deputat Aleksey Vinogradovu hədələyiblər.

Məsələn, İnfoteka24-ün redaksiyası bir qrup erməni fəalından deputat Aleksey Vinogradovu xuliqanlıq və vandalizmdə ittiham edərək ona qarşı cinayət işinin qaldırılmasını tələb edən məktub alıb...

Xəbərlər