643
Aktual 15 noyabr — 10:14

Rusiya Odessaya raket zərbələrini məşq edib

Rusiyanın Tu-22M3 strateji bombardmançıları bu ilin yayında keçirilən təlimlər zamanı Ukraynanın Odessa liman şəhərinə raket zərbələrini məşq edib.

Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko Qara dəniz regionu ölkələrinin dəniz təhlükəsizliyinə dair konfransında çıxışı zamanı bildirib.

Admiral qeyd edib ki, təlimlər zamanı Rusiya bombardmançıları Odessanın 60 kilometrliyindən şərti raket buraxılışını həyata keçirib, daha sonra Bosfor boğazına tərəf istiqamətlənib. Onun sözlərinə görə, bu manevrlər “təxribatçı xarakter” daşıyırdı.

Admiral Voronçenko onu da deyib ki, Rusiya Qara dənizdə gəmilərinin sayını artırır, üstəlik onları “Kalibr” qanadlı raketləri ilə təchiz edib. Hazırda Rusiyanın Qara dənizdəki gəmilərinin bir dəfəyə 72 “Kalibr” raketi buraxmaq imkanı var. Gələn il isə bu rəqəm 168-ə yüksələcək.

Virtualaz.org

Xəbərlər