822
Aktual 7 noyabr — 14:30

Qorxubilməz axmaqlar diyarında

Eynulla Fətullayev

Azərbaycan müxalifətinin gündəmindəki başlıca sual budur-xalq nəyə görə ayağa qalxmır?! Müxalifətin öləzimiş və solğun protest elektoratı və dayanıqsız sosial bazası ilə özünəxas allopatik metodlarla iş metodundan bərk yapışmış, öz iradələrindən kənar olaraq 26 ildir bu hakimiyyətlə epizodik toqquşmalara cəlb olunmuş liderləri elmi araşdırmaların və tətbiqi politologiyanın nəticələrinə inanmaq istəmirlər. 

On illiklər ərzində 1988-ci il Meydanından sonra ikinci dəfə etiraz hərəkatı başlatmağa yönəlmiş israrlı və inadkar cəhdlərinin boşa çıxması həmin Meydanın antiqəhrəmanlarını özlərinin faciəvi məğlubiyyətinin səbəbləri barədə tarixi-fəlsəfi düşüncələrə dalmağa məcbur etməliydi. Hərçənd məsələnin hansı tarixi-fəlsəfi qoyuluşundan söhbət gedə bilər, axı müxalifət öz liderləri ilə birlikdə siyasi gerçəkliyin simulyasiyadır, hansısa psevdoşeydir, mövcud olmayan reallığın hansısa ötəri obrazıdır. Müxalifət reallıq deyil, cəmi-cümlətanı həqiqətəoxşar varlıqdır.

qarajların arasında, bağlı qapılar arxasında sammit...

Müxalifət partiyalarının liderlərinin “Müsavat” partiyasının çoxdan unudulmuş qərargahındakı sonuncu toplantısı bu psevdosiyasi institutun yalançı reallığı barədə kədərli düşüncələrimi bir daha təsdiqlədi. “Xalq niyə qalxmır axı?”,-bu məzmunca trivial, yəni siyasi analitikanın nöqteyi-nəzərindən, və formaca dəyiməz-axı heç bir abırlı vətəndaş və hətta dramatik hərəkətlərlə qanadlanmış şair öz xalqına qan, acı, kədər arzulamır,-sual bizim dövrümüzün antiqəhrəmanı Əli Kərimlinin dilindən səslənir. 

Lakin nəyə görəsə ölkədəki ali hakimiyyətə iddia edən bu “siyasətçi” hətta müasir dünya siyasətinin aktual suallarını da vermir: tutaq ki, nəyə görə müstəmləkəçi neoimperiya hərisliyi ilə alovlanmış qanlı müharibələrində boğulan Yaxın Şərqin ölkələrinin arasında İordaniya bu cür dinc , stabil və möcüzəvi qoruq kimi qalıb? Və ya nəyə görə ərəb baharı Dubaydan və Əbu-Dabidən yan keçib? Bu necə olub ki, iğtişaşlar xaosu Mərakeşə keçməyib? Partlayış təhlükəli regionun geosiyasi baxımdan ən önəmli ölkələrindən birində ali hakimiyyətə iddia edən “siyasətçi” öz çıxışlarının heç birində açıq-aşkar tarixi prosesin bu ziddiyətinə, yaxud ən azı  qanunauyğunsuzluğuna toxunmur! Və ya belə desək, Əli Kərimli dünyanın ən dinc, sanki donub qalmış regionu Asiyanın ortasında inqilab ölkəsi Qırğızıstan paradoksunu necə izah edə bilər?!

Lakin müasir geosiyasətin bu və ya digər aktual suallarını vermək üçün siyasətçi təkcə özünü çılpaq büruzə verən əsəblərə və azğın qisas hərisliyinə malik olmalı deyil. Bunun üçün intellekt, analitik ağıl, erudisiya və müasir dünya düzənində qüvvələr nisbətinin dərki tələb olunur. Özünün Sudan, Venesuela, Çili kimi ölkələrdə baş verənlərə dair subyektiv və ümumiləşmiş müşahidələrindən irəli gələn nəticələri  məxsusi milli-tarixi inkişaf yolu olan ölkəyə necə ekstrapolyasiya etmək olar?!

Kərimli düşməncəsinə yanaşdığı “Müsavat”da müxalifət liderlərinin dəyirmi masasına məhz öz ağlabatmaz sualları ilə getdi. Hələ dünən isə Milli Şuranın-çoxsaylı antiəliyevçi qüvvələr koalisiyasından daha birinin, hansı ki, belə koalisiyalar hər 2-3 ildən bir yaranır və yeni illüziyaları ilə birlikdə küləyə sovrulub gedir, biabırçı şəkildə dağılmasından sonra  Kərimli öz tərəfdaşlarını inandırırdı ki, daha cəbhəçilərlə satqın müsavatçıların yolu bir ola bilməz. Və heç demə, cəbhəçilər öz yolu ilə gedəcək! Kərimli narazıları və onunla razılaşmayanları əmin etməyə çalışırdı ki, bütün digər müxalifət partiyaları xalqın etimadını itiriblər, hakimiyyətlə anlaşma yolunu tutublar və zamansızlığa hopub gediblər. 

Hərçənd söhbət Əli Kərimlidən gedirsə hansı əxlaqdan və prinsiplərdən, şərəfdən söhbət gedə bilər?! Axı 2005-ci il parlament seçkilərindən sonra səs-küylü  ad daşıyan “Azadlıq” bloku- digər qondarma antiəliyevçi lahiyə Milli Məclisin boykot olunması qərarını vermişdi. Amma müsavatçılar hakimiyyətlə sövdələşməyə getdilər, Kərimli ilə üzülüşdülər və şalvarlarının cibindən mandatı fəxrlə çıxardılar, Xalq Cəbhəsi isə ucadan dedi ki, heç vaxt azadlıq ideallarını satmış “Müsavat” partiyası ilə bir arada ola bilməz.

Kərimli öz sualları ilə gəldi

Bəs sonra nə oldu? Bir neçə il sonra xalqın maraqları naminə Kərimli yenidən alçaq, satqın müsavatçılarla buldoqla gərgədanın, ilanla kirpinin, alçaq və şərəfsizlərin yeni ittifaqında birləşdi. Heç nəyə görə yox a, təkcə xalqın maraqları naminə!

Daha sonra nə baş verdi?!  Azərbaycan siyasi səhrasının qızmar Günəşi altına düşmüş məşhur kinorejissor Rüstəm İbrahimbəyovun aralanmasından sonra Kərimli prezidentliyə barmağı “nakolkalı”, nəyə görəsə özünün yaxşı amerikan cildlənməli kitablarında topladığı darıxdırıcı arxiv sənədləri toplusunu fundamental tarixi əsər kimi qələmə verən əldədüzəltmə alim-tarixçinin namizədliyini irəli sürdü. Cəlilabad mənşəli Cəmil Həsənli, bu “ucuz rezin məmulat”, Elçibəyi BDU-nun dekan müavini postuna dəyişən (axı Həsənli prezidentin parlamentlə əlaqələr üzrə müşaviri olmuşdu, nəzərə alanda ki, Prezident Administrasiyası parlamentin iki addımlığındadır, Həsənli AXC üçün strateji əhəmiyyətli missiya yerinə yetirirdi), sonra isə doğma partiyasını gülünc nazir Misir Mərdanov sevgisinə ...dəyişən həmin Cəmil Həsənli-ikinci deşik rezin çəkmə,-axı onlar Kərimli ilə bir cüt çəkmənin iki tayıdır, bu möhtəşəm yaramaz! Və budur, müsavatçılar Milli Şuranı tərk etdi və Kərimli yenə and içdi ki, daha heç bir situasiyada bu dönüklərlə, hakimiyyətin əlaltıları ilə bir masa arxasına oturmayacaq.

Qəmbər sükanı Hacılıya verdi

Amma gördüyünüz kimi, hər halda oturdu. Siyasi məkanın küncünə sıxışdırılmış, darmadağın edilmiş siyasətçinin hansı yolu qalır? Kərimli dəvəti qəbul etdi, gəldi və 1988-ci ilin unudulmuş qəhrəmanları ilə bir masa arxasına oturdu. Çoxlarının yadından çıxmış “Müsavat” partiyasının qarajların və avtomobil təmiri sexlərinin arasında itib-batmış mənzil-qərargahı dəmir qapıları və barmaqlıqları ilə yenidənqurma dövründəki kolxoz partkomlarının qərargahını xatırladır. Nəmişli, tozlu və iyli otaqda masa arxasında oturanlar həmin adamlar idi-İsa Qəmbər, Pənah Hüseynov, Hikmət Hacızadə...

Siyasi idiotların və meyitlərin, başda Qəmbərin sevimli “şelkunçiki” Arif Hacıyev olmaqla, hansı ki, onun barəsində ölkə çoxdan unutmuşdu, bax bu cür yığıncağı. Zaqatala radiosunun əməksevər diktoru bir vaxtlar kolxoz partkomlarının dağılmasından sonra AXC-nin plebey dalğası üstündə fəxri dövlət müşaviri kabinetinə qədər gedib çıxmışdı. Pəltək A.Hacılı tarixdə cəmi bir məşhur frazası ilə qalıb: “AXC-nin hakimiyyətə gəlməsini 14 dövlət, o cümlədən Rusiya dəstəkləmişdi.”

Sonra ölkə bu künc-bucaq xadiminin barəsində əməlli-başlı unutdu, o vaxta qədər ki, İsa Qəmbər onu yenidən yada saldı.  Qəlyansız (xarizmatik başqanın başlıca atributu) qalan və tarixi dövrün nəhəng qayaları altında əzilən, yorğun və tərəfdaşlarının əksəriyyətinin satıb getdiyi Qəmbər ziyansız və bir qədər də komik Hacılıya öz partiyasının sükanını verdi. O da öz missiyasını sözün hərfi mənasında qəbul elədi: ancaq qaragül dərisindən papağı və köhnə dəbli bığları ilə tarixdən əvvəlki Müsavatın əsasını qoyan M.Ə.Rəsulzadənin müvəqqəti unudulmuş obrazına qayıtdı...

Tamamilə mümkündür ki, oxucular AXC dövrünün daha bir maraqlı personajı-epataj Hikmət Hacızadə barədə unudublar. Heç nəyi vecinə almayan, öz ağlında, gitaralı hippi, hansı ki, sifətində ciddi ifadə ilə qabağına çıxan hər iki adamdan birini Martin lüter Kinqin Azərbaycan üçün xüsusi missiyasına inandıra bilən bu maraqlı personaj...

Bu qəribə dünyada qəribə Hiki

Vaxtilə Elçibəy Hikini (AXC-nin liberalları onu belə çağırırdılar) Azərbaycanın Rusiyadakı səfiri təyin etdi, çünki Cəbhənin rəhbərliyində ondan başqa rus dilində danışan yox idi. Yaxşı, hekayətimizin “Binəqədi Valday Klubu”nun digər bir iştirakçısı - məşhur "qarpız baş nazir" Pənah Hüseynovu necə diqqətdən kənarda qoyaq?!

Brejnevdən sonra Azərbaycan folkloru, yetişməmiş qarpızların bu tacirini qəhrəman səviyyəsinə qaldırdı. Onilliklər boyu P.Hüseynov Azərbaycan siyasətinin bir növ Garagözü (çoxəsrlik komik türk obrazı) idi. Baş nazir ranqında İsveçrəyə ilk səfəri zamanı, Azərbaycan hökumət nümayəndə heyəti üzvlərinin dediyinə görə, Pənah Hüseynov duşxanadakı kran-qarışdırıcı cihazlarını bir-birindən ayıra bilməyib, nasazlıqdan şikayət edib, santexniklər briqadası çağırtdırıb, amma baş nazir onların ekspert qiymətləndirməsindən razı qalmayıb. Sonda Huseynov qollarını çırmalayıb və mədəni dünyanın son nailiyyətlərini şəxsən “yoxlamağa” başlayıb…

Yaxşı, bəs Rəsul Quliyevsiz nə Azərbaycan müxalifəti?! Bahalı timsah dərisindən hazırlanmış dolu pul kisəsi olmadan hansı antiutopiya?! Üstəlik, bu pul kisəsinin sahibi, düz on il idi ki, Azərbaycanın milli sərvətini talan etməkdə yırtıcı timsah ehtirası nümayiş etdirirdi. Müqəddəs yer heç vaxt boş qalmır. Rəsul Quliyev getdi, yaşasın Rəsul Quliyev, əgər hətta qəbilə nomenklaturasının yeni fırtına quşunu Əli İnsanov adlandırsalar belə. Azərbaycan xalqının parçalanması nəzəriyyəsinin məkrli müəllifi, qəddar Fürer, milli səhiyyə sisteminin qəbirqazıyanı, siyasi azadlıqları məhv edən və öldürən olsa belə...

İnsanov parlamentdən edamını tələb etdiyi Qəmbərin yanında oturdu. İnsanov neandertallarla müqayisə etdiyi Pənah Hüseynovun yanında oturdu. İnsanov sosial cəhətdən barışmaz, sinfi düşməni olan liberal Hacızadənin üzünə gülümsədi. Yəni anti-qəhrəmanlar o qədər sadəlövhlərlər ki, mütəşəkkil cinayətkar dəstə rəhbərinin timsah göz yaşlarına inandılar? Yoxsa hər şeyi timsah dərisindən olan şişmiş pul kisəsi üstələdi? Qaçqınlar üçün ayrılmış humanitar yardımın talan edilməsində və dərman satışında günahlandırılan oğru və cinayətkar birisinin timsah göz yaşları?!

Əli İnsanov onlara neondertal deyirdi...

İnanmıram… və bu dəfə də abırsız, xain, alçaq istəyə nail olmaq üçün hətta iblisin özü ilə saziş bağlamaq cəhdinin hədəfi hakimiyyət və bir daha hakimiyyətdir. Ancaq razılaşın ki, bu dəfə bu, bataqlıqdan çıxmaq, konvulsiv sıçrayışla məğlubiyyətin məngənəsindən azad olmaq üçün nəsə təlaşlı cəhddir. Ancaq ən təəccüblüsü, bu acınacaqlı və bədbin dəstənin özünü hədsiz dərəcədə yüksək qiymətləndirməsi deyil, xeyr, bu səhv seçilmiş bir ifadədir, bu vulqar oyunun özünü qeyri-adekvat qiymətləndirməsidir... Sanki vacib və önəmli siyasətçilər kimi, qorxubilməz axmaqlar diyarının sakinləri jurnalistlərə bu çirkli yeri tərk etmək tələbi ilə müraciət etdilər, guya taleyüklü müzakirələr bağlı qapılar arxasında keçiriləcək... Az qala dünyanın güclü dövlətlərinin başçılarının zirvə görüşlərində olduğu kimi.

Müzakirələr isə əbədi Azərbaycan məsələsi ətrafında idi: xalq niyə qalxmır?!

Xəbərlər