422
Aktual 21 oktyabr — 21:22

Tofiq Yaqublu da Daxili İşlər Nazirliyinin hospitalında olub

Bu gün sosial şəbəkələrdə və bəzi yerli KİV-də Müsavat partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya qarşı zorakılıq tətbiq olunduğu barədə məlumatlar yayılıb. Xüsusilə, qabırğasının qırıldığı bildirilib. Bununla əlaqədar olaraq, Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin hospitalına aparılıb.

Virtualaz.org bu məsələ ilə bağlı şərh verməsi üçün Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidova müraciət edib.

“İnzibati qayda pozuntusuna görə saxlanılan istənilən şəxs, səhhətində problem olduqda, tibbi yardım almaq hüququna malikdir. Bu, yayılmış təcrübədir. Tofiq Yaqublu da səhhətindəki problemlərdən şikayətləndi və qaydalara uyğun olaraq Daxili İşlər Nazirliyinin hospitalına aparıldı. Tibbi müayinədən sonra Yaqublu istintaq təcridxanasına qaytarıldı. Onun sağlamlığı ilə bağlı heç bir problem aşkarlanmadı. Bunu Yaqubluya təqdim olunan müvafiq sənədlər və həkimlərin rəyi də sübut edir",-deyə DİN-in Mətbuat xidmətinin rəhbəri bildirib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi onu da qeyd edib ki, T.Yaqublu DİN-in hospitalının həkimlərinin qənaətinə şübhə edirsə, sərbəst buraxıldıqdan sonra digər həkimlərə müraciət edə bilər.

Virtualaz.org

Xəbərlər